İlham Eliyev 2 ferman ve 1 serencam imzaladi

19:00 – xeber – 18:25
 
Prezident İlham Əliyev “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
 
Sərəncamda deyilir:
 
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
 
1. “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 702; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 sentyabr tarixli 2298 nömrəli Sərəncamı) aşağıdakı dəyişikliklər edilsin:
 
1.1. 1-ci hissədən “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində” sözləri çıxarılsın;
 
1.2. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
 
“3.1. Azərbaycan Respublikasının Prezidentinə:
 
3.1.0. Cəmiyyətin Nizamnaməsinin və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi.”;
 
1.3. 3.2.2-ci və 3.2.3-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
 
“3.2.2. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
 
3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;”;
 
1.4. 3.2.4-cü yarımbənddə “Cəmiyyətin” sözündən sonra “İdarə Heyətinin sədrinin təqdimatı əsasında” sözləri əlavə edilsin;
 
1.5. 3.2.5-ci yarımbənd və 7.1-ci bənd ləğv edilsin;
 
1.6. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:
 
“5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:
 
5.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görülməsini təmin etsin;
 
5.2. Cəmiyyətin fəaliyyətinin təmin edilməsi məqsədilə bir ay müddətində onun müvafiq yerlərlə təmin edilməsi üçün tədbirlər görsün.”;
 
1.7. aşağıdakı məzmunda 6.3-cü bənd əlavə edilsin:
 
“6.3. Nizamnaməsi təsdiq edildikdən sonra Cəmiyyətin strukturunu bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin.”.
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
 
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
 
***
 
Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
 
Fərmanda deyilir:
 
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
 
1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 664) aşağıdakı dəyişikliklər edilsin:
 
1.1. 4-cü hissədə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;
 
1.2. həmin Fərmanla təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası” üzrə:
 
1.2.1. 3.1.4-cü yarımbənddə “ASAN xidmət” mərkəzinə” sözlərindən sonra “və ya tədarük və təchizat agentinə” sözləri əlavə edilsin;
 
1.2.2. 3.1.5-ci bənddə “düzəliş edilməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və həmin istehsalçıya müraciət edir;” sözləri “düzəliş edir və bu barədə həmin istehsalçıya məlumat verir;” sözləri ilə əvəz edilsin;
 
1.2.3. 3.3-cü bənddə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;
 
1.2.4. 3.6.1-ci yarımbənddə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin” sözləri “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilsin;
 
1.2.5. 4.3-cü bənddən “və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin birgə” sözləri çıxarılsın.
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
 
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
 
***
 
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
 
Fərmanda deyilir:
 
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
 
1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540; 2013, № 12, maddə 1552; 2014, № 1, maddə 14; 2015, № 6, maddə 699) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.43-1-ci və 3.1.43-2-ci yarımbəndlər əlavə edilsin:
 
“3.1.43-1. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatları “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil etmək;
 
3.1.43-2. nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər, onların nəqliyyat vasitələri və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları haqqında məlumatları “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil etmək və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunu dəyişdirmək;”.
 
2. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancına görə tarifləri (gömrük orqanlarının sərəncamında olan anbarlarda malların saxlancına görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş gömrük yığımlarının məbləğindən az olmamaqla) iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org