İkiqat Azerbaycan cempionu niye gullelenib?

16:44 – xeber – Gəncədə ötən gecə güllələnən idmançı, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilovla bağlı yeni məlumatlar üzə çıxıb.
 
Onun idmançı dostu Anar Məmmədov Musavat.com-a bildirib ki, Elmir Cəlilov yaşı ilə əlaqədar bir müddət əvvəl idmandan uzaqlaşıb. O, Gəncədə bərbərliklə məşğul imiş:
 
“Çox mərifətli oğlan idi. Gəncədə ən hörmətli idmançılardan biri Elmir idi”.
 
Anar Məmmədov bildirib ki, Elmir Cəlilov kriminal aləmdən uzaq olub, heç kimlə ədavəti yox imiş:
 
“Elmir Cəlilov ailəlidir. İki övladı – qızı və oğlu var. Həyat yoldaşı hamilədir və təxminən iki ay sonra üçüncü övladları dünyaya gəlməlidir.
 
Gəncədəki mənbələr qətlin səbəbləri ilə bağlı mövcud ehtimalları da açıqlayıb. Hazırda qətllə bağlı iki versiya dolaşır – namus məsələsi və ya borc pul söhbəti.
 
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org