İki yazici duele cixdi – Polemika

08:30 – xeber – Axar.az-ın “Duel” layihəsində iki ədəbiyyat adamı bir-birindən xəbərsiz olaraq həmkarının yaradıcılığı haqda danışacaq.
 
Layihənin ilk qonaqları yazıçılar – Qan Turalı və Alpay Azərdir.
 
Alpay Azər yazıçı Qan Turalının yaradıcılığı haqda fikirlərini bölüşüb:
 
“Qan Turalının “Mustafa” romanını, məqalələrini və son çıxan hekayələr kitabını oxuyandan sonra bunları deyə bilərəm: Mübaliğəsiz, Qan Turalı müasir Azərbaycan ədəbiyyatında yeri olan yazardır. Qan Turalı birinci mənim üçün ədəbiyyat esseistidir, sonra nasirdir. Onun Azərbaycan şairləri, yazıçıları ilə bağlı yazdıqları qısa məqalələrdə problemə həm zaman kontekstindən yanaşması, həm də həqiqəti üzə çıxarmaq yanğısı (əcaib səslənsə belə, “diaqnostik yanaşma cəhdi” də deyərdim buna) onun yazılarını dəyərli edir.
 
Bədii mətnlərə gəldikdə isə spesifik obrazlar, əsas da intellektual gənclərin həyatın fəlsəfi qatlarına baş vurması, sevgi məsələlərinin intellektual səviyyədə müzakirəsi maraqlıdır. Amma bəzi hekayələrdə bu məsələlər bir az süni alınır, bəlkə də müəllif mətnin strukturunu unudur və sonda, bir növ, ölçü hissini itirir. Mən 1991-1994-də BDU-da tələbə olanda, siyasi romantizm ovqatında olan tələbələr az deyildi. Bu cür tələbələrin hekayə və roman qəhrəmanlarına çevrilməsinin özü elə yaxşı cəhddir. Elə bilirəm, Qan Turalı bu səpkidə maraqlı bədii mətnlər yazmağa davam edəcək”.
 
Qan Turalı da öz növbəsində Alpay Azərin yaradıcılığı haqda danışıb:
 
“Alpayın hekayələrini həmişə oxuyuram. Bir xeyli hekayəsi də bizdə çap olunub. Mən Alpayı oxumağı sevirəm. Çünki Alpay gözdən uzaqda qalan mövzuları yazır. Alpay qədər cəmiyyətin müxtəlif qatlarına nüfuz edən başqa bir yazıçı tanımıram. O, əsasən hekayələr yazır. Bu hekayələr mövzuca çox rəngarəngdir. Asanlıqla oxunur. Bəzən necə başlayıb, necə bitdiyini belə hiss etmirsən. Bu, böyük üstünlükdür. Lakin məncə, Alpay hekayənin nüvəsini, ideyasını da diqqətdən qaçırtmamalıdır. Çünki onun bəzi hekayələrində hekayənin nəqli bizi öz aləminə aparsa da, ideyalar aləminə gedib çata bilmirik. Yazıçı üçün birqatlı mətn qurulması təhlükəlidir. Alpayın ədəbiyyat sevgisi isə başqa bir hekayənin mövzusudur”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org