İki olke bascisi İlham Eliyeve bassagligi verdi


[r32]
– xeber –
Çin Xalq Respublikasının sədri Si Szinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Axar.az məktubun mətnini təqdim edir:
“Hörmətli cənab Prezident.
Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində baş vermiş və insan itkisinə səbəb olmuş faciəli yanğın xəbəri məni dərindən sarsıtdı.
Çin hökuməti və xalqı adından, eləcə də şəxsən öz adımdan həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını arzuladığımı çatdırmağınızı Sizdən xahiş edirəm”.
***
Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı və xeyli insanın xəsarət alması ilə nəticələnmiş yanğınla əlaqədar səmimi başsağlığımı qəbul edin.
Bu çətin anda Türkmənistan xalqı və hökuməti adından, həmçinin şəxsən öz adımdan xahiş edirəm, həlak olanların bütün doğmalarına və yaxınlarına onların kədərinə şərik olduğumu və səbir dilədiyimi, xəsarət alanlara tezliklə sağalmalarını arzuladığımı çatdırasınız”.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org