İki herbcimiz finala yukseldi

17:33 – xeber – Makedoniyanın paytaxtı Skopyedə Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) təşkilatçılığı ilə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı davam edir.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, yunan-Roma güləş üzrə turnirin ikinci günündə üç təmsilçimiz – Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Orxan Ələkbərov (98 kq) yarışlarda iştirak ediblər.
 
İlk olaraq 98 kiloqram çəki dərəcəsində yarışa qatılan güləşçimiz Orxan Ələkbərov rəqibinə cüzi xal fərqi ilə məğlub olaraq çempionatda iştirakını dayandırıb.
 
Sonra 85 kiloqram çəki dərəcəsində həmyerlimiz İslam Abbasov bütün rəqiblərinə qalib gələrək finala yüksəlib.
 
O, əvvəlcə alban rəqibi Alban Necajı, sonra Ukrayna güləşçisi Aleksandr Şişmanı və yarımfinalda Əlcəzair idmançısı Aem Boudjemlini məğlub edib. Birinci yer uğrunda mübarizədə İ.Abbasovun rəqibi Rusiya Federasiyasının nümayəndəsi Yevgeni Sazeyev olacaq.
 
Digər güləşçimiz Rafiq Hüseynov da finala vəsiqə uğrunda ardıcıl olaraq yunanıstanlı Nikolaos Varkası, makedoniyalı Qoran Atanasovu və ukraynalı Anriy Belıxı məğlub edib. Qızıl medal uğrunda mübarizədə o, almaniyalı güləşçi Pascal Eysel ilə qarşılaşacaq.
 
Final görüşləri axşam saatlarında keçiriləcək.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org