6 May 2016 14:27 – xeber –
Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının direktoru, tanınmış müğənni Leyla Ramazanova Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən töhmət almasına münasibət bildirib.
Olkem.az xeber verir ki, müğənni report-a açıqlamasında bunu normal qarşıladığını deyib: "Fevral ayında işimdə olan nöqsanlarla bağlı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində töhmət almışam. Hər işdə xırda nöqsanlar olur. Hazırda işlərim yaxşıdır, vəzifəmin başındayam".