İki aya dunya duzenini deyisecek secki ve…

10:20 – xeber – Referendumdan sonra nəzərdə tutulan hərbi, iqtisadi reformlarla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də bir sıra əməli addımlar atılacaq. Bu, heç də hərbi vəziyyətin elan olunması, yaxud da müharibə anlamına gəlmir.
 
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, Azərbaycanı lazımı addımlar atmağa vadar edən məhz erməni tərəfinin bir sıra siyasi gedişləri və “İsgəndər” şousu oldu:
 
“Azərbaycan sülhün bərqərar olması üçün əlindən gələni edir. Təbii ki, bütün bunların hamısını ərazi bütövlüymüz içərisində etmək lazımdır. İlk növbədə işğalçılar ərazilərimizdən çıxarılmalı və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müvafiq addımlar atılmalıdır. Düşünürəm ki, bununla bağlı müvafiq reformlar keçiriləcək, eyni zamanda, güc nazirliklərinə və digər qurumlara müəyyən tapşırıqlar veriləcək. Bütün bu proseslər BMT, beynəlxalq qurumların qanunları çərçivəsində öz həllini tapacaq”.
 
Suriya böhranına görə Rusiya və ABŞ arasında yaranmış gərginliyə toxunan politoloq bu kontekstdə ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamasına da münasibət bildirib:
 
“Kerri danışıqların dalana dirənməsi ilə bağlı bəyanatlar verdi. Azərbaycan lideri daim danışıqlara hazır olduğunu, danışıqlar naminə danışıqlara getməyəcəyini bəyan edir. Sülh danışıqlarından boyun qaçıran məhz Ermənistan prezidentidir. Buna görə beynəlxalq qurumlar dərhal Ermənistana təzyiq göstərməli, havadarları isə İrəvanı müəyyən addımlar atmağa məcbur etməlidir. Noyabrda ABŞ-da prezident seçkisi keçiriləcək. Bu seçkilərdən sonra dünyanın düzəni dəyişə bilər. Buna görə də Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən korrektələr istisna deyil. Biz nəinki bunun şahidi olacağıq, hətta bu istiqamətdə müəyyən islahatlar da aparılacaq”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org