İfrat informasiya intihara aparir – Psixoloq

08:45 – xeber – Bu düşüncədən xilas ola bilməyən insan sonra intihar edir.
 
Bu sözləri psixoloq Elnur Rüstəmov son zamanlarda intihar hallarının artması ilə bağlı Axar.az-a danışarkən deyib. Psixoloqun sözlərinə görə, intihar hadisələrinin əvvəlki zamanlara nisbətən indi daha fərqli səbəbləri var:
 
“Son zamanlar görürük ki, intihar hadisələri fərqli səbəblərdən baş verir. Yəni əvvəl oxşar problemlər ucbatından, zərərli vərdişlərə görə intihar edənlər çox idi. Ancaq indi görürük ki, intihar yeniyetmələr arasında da baş verir. Bəzən uşaq intiharı, yaxud problemi olmayan insanın intiharı ilə rastlaşırıq. Əslində, problemin olmaması üzdə olan bir şeydir.
 
İntihardan sonra adətən belə danışıqlar gedir: yeniyetmə vəfatından öncə necə insan idi: sakit təbiətliydi, dərslərini yaxşı oxuyurdu və sairə. Məsələ burasındadır ki, insan birdən-birə intihar etmir. İnsanda intihar fikirləri olur. Bu düşüncədən xilas ola bilməyən insan sonra intihar edir.
 
İnsanın qapalı olmasını, ünsiyyətdən qaçmasını, narahatlığını ətraf görür. Zamanında tədbir görmək lazımdır. Bizim insanlar bu prosesə biganə yanaşırlar. Fiziki bir narahatlıq yoxdursa, heç yeri ağrımırsa, qərara gəlirlər ki, deməli, bu adam “xəstə” deyil. Psixoloji narahatlıq arxa planda qalır. Ancaq dünyanın inkişaf etdiyi bir vaxtda psixoloji narahatlıq fiziki narahatlıqdan daha öndədir. Adamlar, dolayısıyla, psixoloji sağlamlığının qeydinə fiziki sağlamlıqdan daha çox qalmalıdırlar. Çünki bir çox fiziki problemlərin – onkoloji, ürək-damar, diabet və s.–  yaranmasında təkanverici faktor stress, psixoloji gərginlikdir.
 
Ona görə də hər bir insan öz psixoloji sağlamlığının qeydinə qalmalıdır. Ətrafdakı insanlar birinin özünə qapalı, halsız, ünsiyyətdən qaçan olduğunu görəndə bu zaman tədbir görməlidir, bir mütəxəssisə müraciət olunmalıdır. Xüsusən yeniyetmələrin valideynləri diqqətli olmalı, uşaqlarının psixoloji vəziyyəti ilə maraqlanmalıdır.
 
Bu gün biz informasiya əsrində yaşayırıq. İnsanlar ifrat informasiya ilə yüklənir. Bu da dolayısıyla narahatlıq, gərginlik və s. psixoloji gərginliklərə yol açır. Təsəvvür edin ki, səhər yuxudan oyanan kimi telefona baxırıq, nələrin baş verdiyi ilə maraqlanırıq. Gecə yatanda belə dünyada nə baş verdiyi haqda informasiyalarla yüklənib sonra yatırıq. Az qala bütün sutkanı, yuxu vaxtını çıxmaq şərti ilə, informasiya alırıq. Aldığımız informasiyanın isə əksəriyyəti lazımsız informasiyadır. Bu da insanın ruh halına, psixoloji durumuna çox böyük təsir göstərir.
 
Ümumiyyətlə, hər bir insan psixoloji sağlamlığının qeydinə qalmalıdır. Bu, heç də fiziki sağlamlıqdan az əhəmiyyət kəsb etmir”.
 
Qeyd edək ki, son zamanlar baş verən müəmmalı, səbəbsiz intiharlar cəmiyyətdə böyük narahatlıq doğurur.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org