İET Qudsu Felestinin paytaxti kimi tanidi


[r32]
– xeber –
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyıb. Bu barədə təşkilatın dekabrın 13-də Türkiyənin İstanbul şəhərində keçirilən növbədənkənar sammitinin nəticələrinə əsasən yayımlanan rəsmi məlumatda bildirilir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, sənəddə dünya ictimaiyyətinə bu nümunəyə uyğun addımlar atmaq və Şərqi Qüdsü Fələstin dövlətinin işğal olunmuş paytaxtı kimi tanımaq tövsiyə olunub.
İƏT-in Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıması ABŞ Prezidenti Donald Trampın həmin şəhəri İsrailin paytaxtı hesab etməsinə cavabdır. Birləşmiş Ştatlar liderinin bu qərarı müsəlman ölkələri və Avropa liderləri tərəfindən sərt tənqidə məruz qalıb.
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr, həmçinin BMT-ni Qüdsün “statusunu qorumağa çağırıb”. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının “lazımi tədbirlər görməyəcəyi” təqdirdə, İƏT bu məsələni Baş Assambleyanın müzakirəsinə çıxaracağını bildirib.
Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatına 57 üzv ölkə daxildir.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org