00:52 – xeber – Yəməndə Taiz şəhərində Ənsərullah Hərəkatının (husilər) mülki şəxsləri bombalaması nəticəsində 3 uşaq ölüb, 12 nəfər isə yaralanıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Kevser bölgəsində baş verib.
Yaralanan şəxslər dərhal xəstəxanaya aparılıb. Onların vəziyyəti ağırdır.
Qeyd edək ki, uzun müddətdir ki, Yəməndə qeyri-sabitlik yaşanır.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri husilərin irəliləyişini dayandırmaq üçün bu ölkədə əməliyyatlar aparır.