30 May 2016 15:38 – xeber –
Mərhum reper Hüseyn Dəryanın oğlu Cahangir "Star Kids Fashion Show"ya qatılıb.
Axşam.az-ın məlumatına görə, Cahangir moda nümayişində üçüncü yeri qazanıb.
Yarışda münsif kürsüsündə əməkdar artist Ədalət Şükürov, müğənnilər Rəşad İlyasov, Nura Suri, Ceyhun Bakinski, rejissor Kənan M.M., modelyerlər Gülnarə Xəlilova, Fəxriyyə Xələfova, model Könül Əziz olub.
Tədbirin aparıcılığı Şəhriyar Əbilova həvalə edilib.
Yarışda 74 uşaq iştirak edib. Onlar 24 dizaynerin libasını nümayiş etdiriblər.
Fotolar trend.az-a məxsusdur.