Hitlerin “Ana” seiri

11:16 – xeber – Axar.az-ın “Qılınc və Qələm” layihəsində dünya siyasi liderlərinin yazdığı bədii mətnlər yayımlanır.
 
Faşist Almaniyasının qurucusu Adolf Hitlerin iki şeirini təqdim edirik:
 
Ana
 
Anan qocalanda, sən yaşa dolanda
Keçmişdə ona asan gələn şeylər
artıq çətin olanda
Doğma, sadiq gözləri həyata
əvvəlki kimi baxmayanda
Yorulmuş ayaqları onu daşımaq istəməyəndə
O zaman ona qolunla dəstək ol,
xoş bir təbəssümlə ona yoldaşlıq et
Çünki son gəzintisində ağlayaraq
yoldaşlıq edəcəyin vaxt yaxınlaşır!
 
Sənə sual versə, cavab ver,
dəfələrlə soruşsa, yenə cavab ver ona
Və yenidən soruşsa, qarşılıq ver,
acıqla deyil, yumşaq bir sükunətlə!
Yaxşı anlamazsa səni,
hər şeyi xoşbəxt tərzdə yenidən danış
O kədərli an gəlir,
O an ki, onun ağzı
Daha heç bir şey soruşmayacaq səndən.
 
Qılınc
 
Kədərli bir gecədə
Qəfildən susqun parıltıya qərq olmuş,
sirli qüvvələrlə əlaqəli votan bürcünü gördüm.
Ay öz sehrli cadusu ilə fala baxırdı.
Gün ərzində bütünlüklə kirlənən hər şey
sehrli qaydalar qarşısında heçə çevrildi
Beləcə, əsilzadə ilə saxta ayrıldı bir-birindən…
Mənsə, bir dəstə qılıncın önündəyəm indi.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org