Hitleri “infarkt eden” 3 Azerbaycan alimi

18:32 – xeber – 9 may sovet vaxtının ən nüfuzlu bayramı hesab edilirdi. Bu o gün idi ki, amansız “41-45”-in həm arxa, həm də ön cəbhə iştirakçıları medallarının tozunu alar, köhnə-təzə pencəklərinin sinəsinə taxaraq bir araya gələrdilər.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, o zaman 9 may Böyük Vətən Müharibəsinin qələbə günü kimi qeyd edilərdi. İndi isə həmin “Böyük vətən” tarixin lap böyük səhifələrinin arasında qərq olub. İndi 9 May sadəcə II Dünya Müharibəsinin bitdiyi bir tarix kimi xatırlansa da, biz yenə də ona Qələbə günü kimi nəzər salırıq. Ən azından biz də döyüşmüşük, minlərlə insan itirmişik, minlərlə insan mənəvi və fiziki cəhətdən şikəst qalıb. Amma Azərbaycan bu itkilərə baxmayaq 1941-45-ci illərdə həqiqətən də böyük rəşadət göstərdi. Həm oğulları ilə, həm də nefti ilə.
 
Azərbaycan alimlərinin də bu işdə xidmətləri az olmadı. Düşünən beyin bir orduya bərabər iş gördü. Məhz həmin beyinlər  Hitleri “infarkt səviyyəsi”nə çatdırdı. Axırda o, bu beyinlərin məhsulları hesabına silahlanan ordunun əlindən Reyxstaqda zəhər içərək özünü öldürdü.
 
AMEA-nın hazırkı prezidenti akademik Akif Əlizadənin və Georgi Zapletinin yazdığı “ Vətənə və elmə xidmət etdilər ” adlı kitabında müharibə vaxtı xüsusi fəaliyyət göstərən Azərbaycan alimlərinin adları çəkilir. Həmin alimlər arasında Azərbaycanın görkəmli şəxsiyyətləri – Səməd Vurğun, Üzeyir Hacıbəyli,  Ziya Bünyadov, Həsən Əliyev, Yusif  Məmmədəliyev, Mustafa Topçubaşov və digərləri barədə məlumatlar yer alıb.
 
Kitabda qeyd edilir ki, Azərbaycanın 100-dən çox alimi SSRİ-nin orden və medalları ilə təltif edilib. 7 Azərbaycan alimi dövlət mükafatına, 50 elmi işçi “Azərbaycanın əməkdar elm və texnika xadimi” fəxri adına layiq görülüb.
 
Moderator.az müharibənin taleyinə təsir göstərən, Hitleri “infarkt edən” alimlərimizdən yalnız üçünün adını çəkəcək. Bəri başdan onu deyək ki, Yusif Məmmədləiyevin bu istiqamətdəki işlərindən danışmağa o qədər də  ehtiyac yoxdu. Çünki uşaqdan böyüyə hamı Yusif Məmmədəliyevin sovet ordusu, neft-kimya sənayesi  üçün nə dərəcədə vacib kadr olduğunu bilir. Nobelin bir addımlığında olan böyük alim təəssüf ki, müəyyən səbəblərdən onu ala bilmədi. Amma Məmmədəliyev fenomeni bütövlükdə müharibənin taleyinə təsir etdi.
 
Biz bu mövzuda nisbətən kənarda qalan üç alimimizi xatırlayaq:
 
Şıxbala Əliyev – Azərbaycanda kimya üzrə ilk elmlər namizədi və ilk kimya elmləri doktoru olub. 24 yaşında Azərbaycanda kimya elmləri üzrə ilk alim  olan Əliyev karyerasının ən ağır illərinin müharibəyə düşəcəyini heç xəyal etməzdi. Müharibə başlayan zaman cəmi 32 yaşı var idi. Elə bu yaşında  elmləri doktoru adını qazanır. 
 
Alimin  kəşfləri, elmi axtarışları, elmi tədqiqatları müharibə illərində neft sənayesində inqilabi irəliləyişlərə səbəb olub. 1941-ci ildə Şıxbala Əliyev Kimya İnstitutuna direktor təyin edilir. Ona bir sıra müdafiə əhəmiyyətli elmi işlərin yerinə yetirilməsi və institutun tematik planının hərbi məqsədlərə uyğunlaşdırılması kimi mühüm və məsuliyyətli vəzifə tapşırılır.
 
Müharibə dövründə Şıxbala Əliyev neft kimyası sahəsində böyük müdafiə məqsədli vacib işlər görür. Onun gördüyü ən vacib məsələlərə aşağıdakıları aid etmək olar: 1941-43-cü illərdə Kimya İnstitutunda kömür məmulatlarının və yerli materialların, elektroizolyasiya olunan lakların istehsalı, yanğından qorunma rənglərin istehsalı, kobaltın turşlaşması, sulfat turşusunun qalıqlarından istehsal olunan vanadiy katalizatorunun alınması, yeraltı sulardan yeyici natriy, yod, bromun alınması, lyuminoforların, stirolun və polistirolun alınması, sabun emalı ücün suiti piyinin təmizlənməsi və müharibə dövrünün bir çox vacib layihələri.
 
Elə həmin illərdə alim neft və neft məhsullarından üzvi maddələrin alınmasının perspektiv metodlarını işləyib hazırlayır, bunun nəticəsində Azərbaycan mədənlərində buruqların neft və axın xətlərinin deparafinizasiya metodu istifadə olunur ki, bunun da nəticəsində məhsuldarlıq xeyli artır.
 
Professor Ş. Əliyev tərəfindən həmçinin Azərbaycanın yanan suxurları da tədqiq edilib. Onun hazırladığı monoqrafiyada Azərbaycanın yanan suxurlarının fiziki və kimyəvi təbiətini və onlardan yanma mühərrikləri üçün yüksək keyfiyyətli yanacağın və digər müxtəlif assortimentli kimyəvi maddələrin alınması üçün emal üsülları da ətraflı araşdırılıb.
 
Gənc alimin toluolun sintezi ilə bağlı elmi tədqiqatlarının əhəmiyyəti müharibə illərində xüsusi olaraq artır. Bu illərdə həmin kimyəvi birləşmələrə tələbat çox yüksək idi. Ş. Əliyevin ixtirasının tədbiqi ölkə üzrə toluolun istehsalının artmasına şərait yaradır. SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə 1944-cü ildə Ş. Əliyev "Ümumi kimya" ixtisası üzrə Azərbaycanın ilk professoru yüksək adına layiq görülür.
 
Musa Əliyev- Akademiyanın sabiq prezidenti Musa Əliyev böyük geoloq olsa da, müharibə illərində əsasən yüksək vəzifələrdə fəaliyyət göstərərək qanlı “41-45”in taleyinə alimdən daha çox bir məmur kimi təsir edir. O, 1942-44-cü illərdə Azərbaycan Geologiya İdarəsinin rəisi, ondan sonra isə Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi kimi fəaliyyət göstərir. Onun müharibə zamanı əsas xidməti faydalı yataqların tapılması oldu. Bu əslində müharibəyə dayanmadan göndərilən  Bakı neftinin üstündəki qara buludları aradan qaldırırdı. Mərkəz Musa Əliyev, Mirəli Qaşqay, Şamil Əzizbəyov kimi düşünən beyinlərə, sehrbaz geoloqlara güvənib cəbhənin yaşam mənbəyi olan neftdən istifadə edirdi. Ordu, döyüşən əsgərlər qələbənin görünən tərəfi idi. Görünməyən tərəfi isə yüksək oktanlı benzinləri, müxtəlif yanacaqları hazırlayan alimlər idi.
 
İkinci Dünya müharibəsi ərəfəsində, gənc yaşlarında Azərbaycan Geologiya İdarəsinin baş mühəndisi kimi çalışan Musa Əliyev sonradan indiki Azərbaycan Dövlət Neft Akademiyasında dekan və 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun rektoru vəzifəsini tutub.
 
1908-ci ildə Şamaxıda anadan olan Musa Əliyev yüksək rəhbər vəzifə üçün gənc sayılacaq 39 yaşında Azərbaycan Kommunist Parstiyasının Mərkəzi Komitəsinin üzvü və katibi seçilib, 40 yaşında – 1948-1949-cu illərdə Nazirlər Sovetinin sədr müavini təyin olunub. Bir müddət Dövlət Plan Komitəsinin sədri işləyən Musa Əliyev 3 dəfə SSRİ Ali Sovetinin deputatı seçilib. 1950-ci ildə o zaman üçün çox nüfuzlu vəzifə hesab edilən Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti vəzifəsinə gətirilib. 8 il bu vəzifədə çalışan geoloq alim akademiyanın geologiya sahəsində, eləcə də bir çox istiqamətlərdə irəli getməsinə şərait yaradıb.  
 
Azərbaycanın ilk paleontoloq alimi olan Musa Əliyevin inzibati işlərini o səbəbdən sadaladıq ki, o, II Dünya Müharibəsində elmi ilə yanaşı, həm də inzibati idarəetmə qabiliyyəti ilə xidmət edib. Təsadüfi deyildi ki, məşhur Neft daşlarının salınması ideyasını Musa Əliyev məhz müharibə illərində verib.
 
Azərbaycan Dövlət Plan Komitəsinin sədri Musa Əliyevin SSRİ Dövlət Plan Komitəsinin sədri Baybakovla olan yaxın əməkdaşlığı Neft Daşlarının – möcüzəli dəniz şəhərinin nəhəng layihəsinin həyata keçirilməsində az rol oynamamışdır. Bu, 1948-49-cu illərin yaddaşına yazılan hadisə idi.
 
Mirəsədulla Mirqasımov – II Dünya Müharibəsi vaxtı xeyli insanı ölümdən xilas edən və xüsusi üsullarla tibbi kəşflərə imza atan, bununla da müharibənin taleyinə təsir edənlərdən biri də akademiyanın ilk prezidenti və Azərbaycanın ilk cərrahı Mirəsədulla Mirqasımovdur. O, müharibə illərində arxa cəbhə hospitallar şəbəkəsini yaradır və ona rəhbərlik edir. Bu şəbəkənin səyi nəticəsində bir çox insan xilas edilir və yenidən cəbhəyə yollanılır. Akademik həkim bu xidmətlərinə görə “Qırmızı ulduz” nişanına layiq görülür. 
 
Mirəsədulla Mirqasımov  1913-cü ildə Odessaya yollanır və orada 1916-cı ilə qədər tibb təhsili alır. Həmin il yenidən doğma Bakıya qayıdır və bir çox xəstəxanalarda aparıcı həkim-cərrah kimi fəaliyyət göstərir. Bununla yanaşı, o, tibb elmi sahəsində nəzəri araşdırmalara da qətiyyən ara vermir. Artıq Böyük Vətən Müharibəsi başlanan zaman xəstəxanalarda yaralıların vəziyyətinə rəhbərlik etmə səviyyəsinə qədər inam qazanır. O, buna qədər Bakı Dövlət Universitetinin tibb fakültəsinin topoqrafik anatomiya kafedrasında əməkdaş, bu fakültənin əsasında yaradılan Azərbaycan Tibb İnstitutunda Cərrahi xəstəliklər kafedrasının müdiri, eyni zamanda Müalicə-proflaftika fakültəsinin dekanı kimi fəaliyyət göstərib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org