Hicran Huseynova: "Bele olmaz!"

28 Dekabr 2015 17:58 – xeber –
"Son hadisələr, o cümlədən bizi çox narahat edən Nardaran hadisələri onu göstərdi ki, Azərbaycanı istəyənlər də var, istəməyənlər də".
Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının Milli Məclisin YAP-dan seçilmiş qadın deputatları ilə görüşündə deyib.
H.Hüseynova bildirib ki, qadınların çiyninə çöx böyük zəhmət, məsuliyyət düşür: "Biz ailədə atanın və ananın nüfuzunun bərabər olmasını istəsək də, bir çox hallarda görürük ki, ailədə uşaqların tərbiyəsi ilə daha çox analar məşğul olurlar. Deməli, biz qadınlar hansısa problemlə rastlaşanda özümüzə sual verməliyik ki, doğrudanmı uşaqlarımıza düzgün tərbiyə vermişik? Necə olur ki, bir bölgədə erkən nikahların sayı artır, qızların təhsildən yayınma halları artır, o biri bölgələrdə belə hallar, demək olar ki, yoxdur, amma oğlan uşaqları müəyyən lazımsız təsirlərin altında daha problemli bir formada böyüyürlər. Bütün bunların qarşısını almaq üçün hansısa iş görməsək, maarifləndirmə işləri gücləndirilməsə, biz böyük problemlərlə rastlaşarıq. O problemlər ondan ibarətdir ki, bir ailədə ailə üzvləri bir-birilərini eşitmirlər, gənc nəsil atasına, anasına iradlar tutur. Belə hallarda ictimai birlik bizə kömək edə bilər".
H.Hüseynova Nardaran qəsəbəsində qızların təhsil problemlərindən də danışıb: "Nardarandan qadınlar mənə müraciət edirlər ki, uşaqlarımızı məktəbə aparmağa qoymurlar. Mən məsələ qaldırıram ki, belə olmaz, bunlar dövlət içində özlərinə dövlət yaradırlar? Qadınlar deyirlər ki, qızlarımızı 5-ci, 6-cı sinifdən məktəbə buraxa bilmirik, bizi hədələyirlər. Azərbaycan dövləti bu gün bütün imkanlardan istifadə edib belə hərəkətlərə qarşı öz gücünü göstərməlidir. Necə ki, cənab prezidentin rəhbərliyi altında biz bunu görürük".

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org