Hezret Peyğemberin (e) ailesi ile reftari

29 Dekabr 2015 22:55 – xeber –
Əziz Peyğəmbərimiz (s) əxlaqı bütün bəşər üçün bir nümunədir. İnsanın ailəsinə göstərdiyi gözəl rəftarı, əxlaqı o Həzrətin (s) təkamül yolunda əldə etdiyi nailiyyətlərdən xəbər verir. O kəs ki, ailə üzvlərinə qarşı xoş rəftar göstərərsə, deməli, ümumiyyətlə xoş əxlaqlı insandır.
Olkem.az deyerler.org-a istinadən bildirir ki,  Həzrət Peyğəmbər (s) – İlahi əxlaqın ən üstün nümunəsi idi. O, əxlaqı təkmilləşdirmək üçün məbus olmuşdur. Ona görə də Həzrətin (s) ailə təcrübəsindən bəhrələnək və özümüz də bu cür olmağa çalışaq. (Erfan)
Həzrət Peyğəmbərin (s) həyat yoldaşı Aişə Həzrətin (s) əxlaqi xüsusiyyətlərinə agah idi. Feyz Kaşani "Muhəzzətil-bəyaz" kitabında Səyid ibni Həşamdan nəql edir: "Aişədən Peyğəmbərin (s) əxlaqı barədə soruşdum və o, dedi: "Məgər Quran oxumursan?". Dedim: "Niyə? Oxuyuram". Dedi: "Rəsulallahın (s) əxlaqı – Quran əxlaqıdır. Heç kim Peyğəmbərdən (s) xoş xasiyyət deyildir. Səhabələrindən və Əhli-beytindən (ə) kimsə onu çağırsa "Ləbeyyk"dən başqa bir söz demirdi".
Bəli, Peyğəmbərimiz (s) Quranın buyurduqlarına həm qəlbində və həm də həyatında əməl edirdi. Ona görə də Həzrət (s) – Quranın təcəsümüdür. Belə
ki, Quran buyurur: "Peyğəmbərimiz Rəbbi tərəfindən ona nazil olana iman gətirdi". ("Bəqərə" 285).
Həzrət Peyğəmbər (s) buyurur: "Sizlərdən ən yaxşısı – həyat yoldaşı ilə xoşrəftar edəninizdir. Mən sizin hamınızdan həyat yoldaşlarıma qarşı xoş rəftar edənəm".
Buna şahid olanlar yazırlar ki, Peyğəmbər (s) evində ailəsinə xidmət edərdi. Əti doğrayardı, keçisini sağardı. Paltarını yamayardı, dəvəsinə ot verərdi. Xidmətçisi ilə bir yerdə unu ələyər və xəmir yoğurardı.
İbni Şəhr Aşub "Mənaqib" kitabında yazır: "Rəsulallah (s) öz ayaqqabısını yamayardı. Geyimini tikərdi. Qoyunları və dəvərlərini sağardı. Xidmətçisi yorulan zaman ona kömək etməyə tələsərdi. Dəstəmaz suyunu özü gətirərdi. Bütün işlərdə ev əhlinə kömək edərdi. Ev əşyalarını bazardan öz çiynində evinə gətirərdi. Bəzən evini təmizlədiyini də görərdilər. Evi süpürür və deyərdi: "Həyat yoldaşına kömək etmək və mənzilin işləri Allah yolunda sədəqə və ehsan hesab edilir".
Aişədən nəql edilir ki, deyir: "O zaman ki, imkan olurdu, Peyğəmbər (s) öz paltarını tikərdi. Ayaqqabısını yamayardı".
İmam Əli (ə) ömrünün 30 ilini Peyğəmbərin (s) yanında olmuşdur. O, Peyğəmbəri (s) hamıdan çox tanıyırdı. Həzrətin (s) daxili və xarici əxlaqından xəbərdar idi. İmam Hüseyn (ə) buyurur: "Atamdan Peyğəmbərin (s) evdə gördüyü işlərdən sual verdim. Buyurdu: "O vaxt ki, evinə gedərdi, vaxtını üç yerə bölərdi: bir hissəsi Allah üçün, bir hissəsi ailəsi üçün və bir hissəsi də özü üçün. Özünə düşən payı özü ilə insanlar arasında bölərdi. Onu qohumları və səhabələrinə qərar verərdi. İmkanlarından heç birini onlardan əsirgəməzdi".
Həzrət (s) özünə aid olan mövzulara görə əsəbləşməzdi. Ancaq Allaha aid olan mövzulara əsəbləşərdi. O da İlahi sərhədləri pozan zaman olardı.
Həzrət (s) həm həyat yoldaşlarına və həm də qızına, nəvələrinə və kürəkəninə qarşı xoş əxlaq göstərərdi. Nə zaman ki, Fatimə (s.ə) Peyğəmbərin (s) yanına gəlirdi, Həzrət (s) ayağa qalxır və onu öpər və öz yerində əyləşdirərdi.
Bu idi, əziz Peyğəmbərimizin (s) əxlaqı və xoş rəftarı. Az da olsa, ondan ibrət götürək və bu dahi insanın əxlaq və rəftarından ən gözəl şəkildə bəhrələnək.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org