Heyder Eliyevin inandigi “Boyuk zabit” – Video


[r32]
– xeber –
Bu gün Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun doğum günüdür.
Axar.az xatırladır ki, Ramil Usubov 1948-ci il dekabrın 22-də Xocalıda anadan olub.
1970-ci ildə daxili işlər orqanlarında fəaliyyətə başlayan Usubov 1975-ci ildə Şuşa RPŞ-nin Cinayət axtarışı bölməsinin rəisi, 1980-84-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsinin rəis müavini, 1984-87-ci illərdə Əli Bayramlı ŞPŞ-nin rəisi vəzifəsində çalışıb.
Ramil Usubov 1973-cü ildə N.Rzayev adına Bakı Xüsusi Orta Polis məktəbində və 1980-ci ildə isə SSRİ DİN-in Akademiyasında təhsil alaraq, təhlükəsizlik orqanları sahəsində mükəmməl biliyə yiyələnib.
O, 1987-89-cu və 1993-94-cü illərdə Naxçıvan MR Daxili İşlər naziri işləyib, 1989-93-cü illərdə AR DİN Cinayət axtarışı idarəsinin rəisi və s. vəzifələrdə çalışıb.
2002-ci ildən general-polkovnik ali rütbəsini daşıyır.
Ramil Usubovun fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun müdafiəsində, cinayətkarlıqla mübarizənin, ictimai təhlükəsizliyin və əmin-amanlığın təmin edilməsində, ölkədə dönməz sabitliyin əldə olunub, qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 41 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Bundan başqa o, 2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Böyük zabit” ordeninə layiq görülüb.
Ümummili lider Heydər Əliyev 1994-cü il aprelin 29-da Ramil Usubovu xüsusi təqdimatla Azərbaycanın daxili işlər naziri təyin edib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org