“Heyder Eliyeve Fyodorovun xahisini catdirdim…”

15:25 – xeber – Heç bir toprpaq mübahisəsi 2 tərəfdən qırağa çıxmamalıdır. Mübahisəni 3-cü tərəfə, kənara çıxarmaq, genişləndirmək yolverilməzdir. Komitə üzvü kimi xahiş edirəm ki, bu kimi hallarda kənaraçıxmalara yol verilməsin. Komitəyə müraciətlər olunub və biz də baxaraq, kimin haqlı və ya haqsız olduğunu biləcəyik.
 
Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deputat Fəttah Heydərov regionlardakı mübahisəli torpaqlardan danışarkən deyib.
 
O bildirib ki, torpaq mübahisələrini yerində həll etmək lazımdır: “Mübahisə uzun zaman davam edəndə şişir və başqa arzu olunmaz hallara gətirib çıxarır. Ona görə də torpaq mübahislərini yerində həll etmək lazımdır ki, ədalətli, haqlı və qanuna uğyun şəkildə öz həllini tapmış olsun. Belə məsələlər hər zaman səbrlə, təmkinlə, haqq və ədalətlə həll olunmalıdır”.
 
Fəttah Heydərov regionlarda mövcud olan torpaq mübahisələrindən çıxış edən zaman maraqlı məqama toxunaraq Heydər Əliyevlə vaxtı ilə bu mövzuda olan söhbətindən danışıb:
 
“Torpaq Heydər Əliyevin Azərbaycan xalqına olan böyük töhfəsidir. Yaxşı yadıma gəlir ki, neçə illər bundan öncə Moskvada məşhur göz həkimi, oftolmoloq Svyatoslav Nikolayeviç Fyodorovla görüşəndə məndən belə bir xahiş etdi: “Siz Heydər Əliyevə deyin ki, torpaqları camaata pulsuz verməsin, bunun sonra ciddi çətinlikləri yaranacaq”.
 
Mən o zaman Moskvadan Bakıya qayıdanda Fyodorovun xahişini ulu öndərə çatdırdım. Və Heydər Əliyev gözəl bir cavab verdi: “Mən torpaqları xalqa pulsuz verdim, onlar isə özləri bilərlər, qoy verməsinlər.
 
Ulu öndərin Azərbaycan xalqına və millətinə ən böyük bəxşişi o oldu ki, xalqı mülk, varidat, əmlak sahibi etdi. Çünki sosializmdə insanların şəxsi mülki yox idi. Ona görə də biz belə bir zamanda bunu xatırladyıb bu məsələni ciddi həll etməliyik”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org