Heyder Eliyev Ordenine layiq gorulenler – Siyahi


[r32]
– xeber –
2005-ci il 28 aprel tarixindən təsis edilən Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi Heydər Əliyev Ordeni ilə indiyə qədər 21 nəfər mükafatlandırılıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Ordeninə layiq görülənlərdən 9 nəfəri azərbaycanlı, digərləri isə başqa millətlərin nüfuzlu nümayəndələridir. Bildirək ki, təsis edildiyi vaxt Heydər Əliyev Ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarət olub. Lakin 3 fevral 2014-cü il tarixli dəyişikliklərdən sonra ordenə döş nişanı da əlavə edilib.
Bu ordenə ilk dəfə hazırda Azərbaycan Respublikasının Prezidenti olan İlham Əliyev layiq görülüb. İ.Əliyev həmçinin bu ordenə layiq görülən ən gənc liderdir.
Ordenin laureatları arasında ən yaşlı isə İhsan Doğramacıdır. O, mükafatla 90 yaşında təltif olunub.
Heydər Əliyev Ordeninə 2005-ci ildə İlham Əliyev və İhsan Doğramacı, 2007-ci ildə Jak Şirak və Mstislav Rostropoviç, 2008-ci ildə Viktor Yuşşenko, Tahir Salahov və Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, 2009-cu ildə Lex Kaçinski və Valdis Zatlers, 2011-ci ildə Trayan Besesku Georgi Pırvanov, 2012-ci ildə İmaməli Rəhman, 2013-cü ildə Arif Məlikov, Abdullah Gül və Viktor Yanukoviç, 2014-cü ildə Rəcəb Tayyib Ərdoğan, 2015-ci ildə Mehriban Əliyeva, 2016-cı ildə Aleksandr Lukaşenko və Zeynəb Xanlarova, 2017-ci ildə isə Nursultan Nazarbayev və Ömər Eldarov layiq görülüb.
Hələlik sonuncu laureat heykəltəraş, Azərbaycanın xalq rəssamı Ö.Eldarovdur.
Heydər Əliyev Ordeni Azərbaycan vətəndaşlarına Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə, Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətinə görə verilir.
Əcnəbilərə isə bu orden Azərbaycan Respublikası qarşısında xidmətlərinə, azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində, Azərbaycan ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə verilir.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org