Heyder Eliyev bunun esasini qoyub – Korea Post


[r32]
– xeber –
Koreya Respublikasının nüfuzlu “Korea Post” qəzetində ulu öndər Heydər Əliyev haqqında “Çox güclü lider, siyasətçi, ölkəsinin müasir tarixini yaradan” adlı məqalə dərc olunub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, yazıda Azərbaycan xalqının Ümummilli Liderinin həyatından, siyasi fəaliyyətindən, onun sovet vaxtında və müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə respublikanın hərtərəfli inkişafı istiqamətində gördüyü nəhəng işlərdən söz açılıb, görkəmli dövlət xadimi çətin günlərdə xalqına ümid və inam verən nadir lider, öz dövrünün əfsanəsi kimi xarakterizə edilib.
Müəllif Li Kyunq-şik ulu öndər Heydər Əliyevin güclü, müstəqil Azərbaycan qurduğunu, dövlətin tərəqqisi üçün köklü islahatlar həyata keçirdiyini, uzaqgörənliyi, praqmatik və balanslaşdırılmış xarici siyasəti nəticəsində ölkəsinə inkişaf və sabitlik gətirdiyini yazır. Bildirilir ki, ölkədə siyasi sabitliyi təmin edən Heydər Əliyev iqtisadi müstəqilliyin əsasını qoyub, dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olaraq, xarici sərmayələrin ölkəyə axınına, istehsalın bərpasına, maliyyə vəziyyətinin, xalqın rifah halının yaxşılaşmasına şərait yaradıb.
Məqalədə Ulu Öndərin “Azərbaycançılıq” fəlsəfəsinin bütün dünyada yaşayan azərbaycanlıların həmrəyliyi üçün güclü ideoloji təməl olduğu vurğulanıb.
Müəllif Azərbaycan xalqının həyatını ölkəsinin tərəqqisinə həsr edən böyük oğlu ilə fəxr etdiyini, onun əziz xatirəsini daim əziz tutduğunu qeyd edib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org