Heyder Camalin oglu rus aqressiyasindan danisdi

08:30 – xeber – Rusiya Yaxın Şərqdəki aqressiv siyasəti sayəsində dünyanın radikallaşmasına böyük şərait yaratdı.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu “Exo Moskva” radiosuna açıqlamasında rusiyalı jurnalist Orxan Camal söyləyib. Onun sözlərinə görə, artıq dünyada siyasi islam anlayışı tam dəyişib:
 
“Rusiyanın Suriyaya müdaxiləsinə, ümumiyyətlə, prosesə nəzər yetirək. Hazırkı Suriya prezidentinin atası onun kimi liberal baxışlara sahib deyildi və o da Əsəd kimi sünnilərə qarşı siyasi təzyiq edirdi. Lakin Rusiya öz seqmentində dünyanın radikallaşması üçün çox işlər gördü. Müsəlmanlar indiyə qədər çox sakit və rahat idilər, indi isə tamam fərqli olublar. Siz 90-cı illərdə siyasi islamın necə göründüyünə nəzər yetirin. Əgər Basayevə nəzər yetirsəniz, onu heç vaxt indikilərlə müqayisə edə bilməzsiniz. Basayev bu insanlara baxanda çox humanist adam idi. O, sovet adam idi və onda sovet mentallığı vardı. Moskvanın müsəlmanlarla bağlı siyasəti tam yanlış oldu və heç də xoş olmayan nəticələrə gətirib çıxartdı”.
 
Qeyd edək ki, Orxan Camal məşhur rusiyalı siyasətçi Heydər Camalın oğludur. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir