Hesen Zeynalov ABŞ sefiri ile gorusdu

21:24 – xeber – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional əməkdaşlığa mənfi təsir göstərir. Bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tez bir zamanda həlli vacibdir.
 
AzərTac xəbər verir ki, bu fikirləri ABŞ-ın Türkmənistandakı səfiri Allan Filip Mastard söyləyib.
 
Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalovun amerikalı həmkarı ilə görüşündə ölkələrimiz arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın strateji xarakter daşıdığı və onun inkişafında hər iki tərəfin maraqlı olduğu qeyd olunub. Həmçinin regional məsələlər müzakirə edilib, sülhün və sabitliyin təmin olunmasının regionun bütün ölkələri üçün vacibliyi vurğulanıb. Səfir H.Zeynalov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin cari vəziyyəti haqqında həmkarına məlumat verib. Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe səbəbindən münaqişənin həllində hər hansı irəliləyişə nail olunmadığını diqqətə çatdırıb. O, Minsk qrupunun və onun həmsədri kimi ABŞ-ın münaqişənin tezliklə həll olunması üçün səyləri artırmasının vacibliyini vurğulayıb.
 
ABŞ diplomatının diqqətinə çatdırılıb ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş ətraf rayonlarından bir milyonadək soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb. Ermənistan XX əsrin müxtəlif dövrlərində azərbaycanlıların mərhələli şəkildə deportasiyasını həyata keçirib, hətta Azərbaycan mənşəli yaşayış məntəqələrinin adlarını erməniləşdirib.
 
Bildirilib ki, Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Bunun bariz nümunəsi Əfqanıstanda sülhyaratma əməliyyatlarında ölkəmizin iştirakıdır.
 
Səfir A.F.Mastard Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin yaxın zamanda həlli yolunun tapılacağına ümidvar olduğunu bildirib.
 
Azərbaycan diplomatı görüşdə amerikalı həmkarına Sitarə Mirmahmudovanın müəllifi olduğu “Ermənistanda Azərbaycan oykonimləri və onların erməniləşdirilməsi siyasəti” kitabını hədiyyə edib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org