Herbi mehkeme iscileri buna gore kompensasiya alacaqlar

19:42 – xeber – Konstitusiya Məhkəməsinin Plenumu konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr saylı və 2014-cü il 26 dekabr tarixli qərarlarının Konstitusiyanın 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 37-ci maddəsinə, 149-cu maddəsinin I və V hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu ilə əlaqədar konstitusiya işinə baxıb.
 
APA-nın məlumatına görə, Konstitusiya Məhkəməsinin Plenumu 28 mart 2014-cü il tarixli qərarı ilə “Hərbi qulluqçuların statusu haqqında” qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli qanun ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququnun 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil olunması qərarına gəlib.
 
Eyni zamanda, həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi Nazirlər Kabinetinə tövsiyə edilib. Sorğuda göstərilir ki, Nazirlər Kabinetinin bu qərarlarında digər hərbi qulluqçulardan fərqli olaraq hərbi tribunallarda (hərbi məhkəmələrdə) xidmət etmiş, xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların (hakimlərin, dəftərxana rəislərinin, mühafizə rəislərinin, təsərrüfat hissəsi rəislərinin və s.) vəziyyətinə aydınlıq gətirilməyib, onların məzuniyyətdə olmadıqları təqvim illərinə (1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək) görə qanunla müəyyən edilmiş kompensasiyanın hansı dövlət orqanı tərəfindən verilməli olması müəyyən edilməyib.
 
Konstitusiya Məhkəməsinin Plenumu hesab edib ki, Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr və 2014-cü il 26 dekabr tarixli qərarlarında nəzərdə tutulmuş “hərbi qulluqçu” müddəası hərbi tribunalların hakimlərini, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlərini və onların aparatlarında xidmət etmiş hərbi qulluqçuları da ehtiva edir. Belə olan halda Nazirlər Kabinetinin mübahisələndirilən qərarları ilə hərbi tribunalların hakimlərinə, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlərinə və onların aparatlarında xidmət etmiş hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi istisna edilmir. Lakin Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hərbi tribunalların hakimlərinə, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlərinə və onların aparatlarında xidmət etmiş hərbi qulluqçulara 1994-cü il fevralın 1-dən “Hərbi tribunallar haqqında” qanun qüvvədə olduğu dövrədək istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi məqsədəmüvafiq olardı.
 
Konstitusiya Məhkəməsinin Plenumunun qəbul etdiyi qərarda qeyd edilib ki, Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr və 2014-cü il 26 dekabr tarixli qərarları ilə hərbi tribunalların hakimlərinə, hərbi kollegiyaya daxil olan Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinə və onların aparatlarında xidmət etmiş hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi istisna edilmədiyindən, həmin qərarlar Konstitusiya ilə ziddiyyət təşkil etmir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org