Herbi Hissede “Aciq Qapi” gunu kecirilib

31 Dekabr 2015 21:37 – xeber –
Olkem.az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, Bərdədəki N saylı Hərbi Hissədə "Açıq Qapı" günü təşkil edilib. Hərbi hissəyə gələn əsgərlərin valideynləri və yaxınları burada onlar üçün yaradılmış şəraitlə tanış olublar. Tədbir iştirakçıları xidməti və inzibati binalara baş çəkiblər. Onlara əsgər yataqxanası və yeməkxanasındakı vəziyyətlə tanışlıq imkanı yaradılıb. Valideynləri maraqlandıran suallar cavablandırılıb. "Mən bugünki gündə fəxr edirəm ki, bizim ana-bacılarımız, bizim dostlarımız, atalarımız, qardaşlarımız öz evlərində rahat  öz bayramlarını keçirdirlər və bu minvalnan biz öz heyətimizlə bərabər və müdafiə nazirliyinin bizə tapşırdığı bizə etibar etdiyi silah-sursatı, döyüş qurğularımızla vətənin müdafiəsində dururuq. Hər zaman əlimizdən gələni etməyi hazırıq" deyə hərbçi Rövşən Məmmədov bildirib. Məktəblilər silah-sursatla maraqlanıblar. Onlara silahların sökülüb-yığılması qaydaları öyrədilib. Hərbi hissə ilə tanışlıqdan sonra çıxış edən valideynlər və şagirdlər belə tədbirlərin keçirilməsindən məmnunluqlarını dilə gətiriblər. Tədbirin sonunda xidmətdə fərqlənən əsgərlərə fəxri fərman və diplomlar təqdim edilib. Xidmət keçən əsgərlər hər an döyüşə hazır olduqlarını bildiriblər. Daha sonra incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org