Herbi ekspert: "Kurdler Ermenistan ordusunda sixisdirilir"

– xeber – Ermənistanda kürd əsilli hərbi qulluqçular amansız təzyiqlərə və təqiblərə məruz qalır.

Bunu APA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov Ermənistan silahlı qüvvələrində son itkilərlə bağlı məsələni şərh edərkən deyib.
 

O bildirib ki, erməni hərbi rəhbərliyinin ordudakı itkiləri öz xalqından gizlətməsi yeni deyil: “Bu haqda xəbərlər dəfələrlə yayılıb. Hətta iş o yerə çatıb ki, əsgər valideynləri övladları barədə heç olmasa cüzi xəbər almaq üçün İrəvanın mərkəzində izdihamlı aksiyalar keçirməyə məcbur olurlar. Fevralın 18-də müəmmalı şəkildə əsgər David Terteryan, bir gün sonra isə Kamo Ovanisyan və Teymur Suloyanın ölümü buna əyani sübutdur. Hər iki hadisə barədə xəbərlər gizlədilsə də, sonda ictimaiyyətin təzyiqi ilə üzləşən hərbi rəhbərlik açıqlama vermək məcburiyyətində qalıb”.
 

Ekspert qeyd edib ki, erməni ictimaiyyətindən və beynəlxalq qurumlardan gizlədilən daha bir məsələ var. Söhbət kürd əsilli hərbi qulluqçuların amansız təzyiqlərə və təqiblərə məruz qalmasıdır. “Elə fevralın 19-da baş verən hadisə zamanı ölən Teymur Suloyan və fevralın 6-da təzyiqlərə dözməyərək hərbi hissəni özbaşına tərk edən əsgər Əziz Bakoyan Ermənistan vətəndaşı olan yezidi kürdüdür. Postsovet məkanında Ermənistan yeganə ölkədir ki, orada milli azlıq kimi yezidi kürdlərdən başqa demək olar digər heç bir xalq, millət yaşamır və etnik qrup yoxdur. Ermənistanın yürütdüyü separatçılıq və irqi düşmənçilik siyasəti nəticəsində digər millətlərin orada yaşaması qeyri-mümkün olub. Ermənilər təkcə azərbaycanlıları öz qədim dədə-baba yurdlarından didərgin salmaqla kifayətlənməyiblər, başqa xalqların da Ermənistan adlanan ərazilərdən qovulmasına nail olublar və indi də bu siyasəti davam etdirirlər. Amma çox təəssüf ki, başqa xalqların hüquqlarının pozulmasına göz yumularaq, beynəlxalq aləmdə bu məsələlərə görə Ermənistanın qınanılmasının belə şahidi olmamışıq”, – deyə o vurğulayıb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org