Herbcilerimiz Turkiyede ilan-qurbaga yedi – Video

17:51 – xeber – Türkiyədə 4 ölkənin hərbçilərinin iştirakı ilə “Commando Ex 2016” adı altında keçirilən hərbi təlimlərin görüntüləri yayılıb.
 
ANS-in məlumatına görə, Türkiyə, Azərbaycan, Bolqarıstan və Gürcüstandan ümumilikdə 136 hərbçinin İspartada həyata qatıldığı təlimlərdə çətin və təhlükəli tapşırıqlar yerinə yetirilib. “Commando Ex 2016”nın ssenarisinə əsasən hərbçilər Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarətindəki bir hava limanını şərti terrorçulardan azad etmək üçün əməliyyata başlayıblar. Onlar tapşırığı yerinə yetirərkən ilan və qurbağa yeyib, suyun altındakı labirint maneəni aşıb, qayıqlarla sahilə çıxma hərəkətlərini yerinə yetiriblər. Daha sonra sudan çıxan təlim komandası qurudakı mövqeləri şərti düşməndən təmizləyib.
 
Quruda şərti terrorçuları məhv edən komandolar daha sonra hava təlimlərinə başlayıblar. Helikopterlərdə olan komandolar şərti terrorçuların obyektlərini məhv etdikdən sonra yenidən quruya enərək terrorçuları bir-bir zərərsizləşdiriblər. Uğurla həyata keçirilən əməliyyatların sonunda hava limanının təhlükəsizliyi tam təmin edilib.
 
Tətbiqat zamanı 15 metr yüksəklikdən içərisində ilan və qurbağaların olduğu suya dik vəziyyətdə tullanan təlimçilər daha sonra 78 metr hündürlüyü olan qülləyə dırmanıb bir neçə saniyə ərzində oradan enmə fəaliyyətini də həyata keçiriblər.
 
Türkiyə Silahlı Qüvvələrinin göz bəbəyi sayılan və komandoların yetişdirildiyi İspartanın Eyirdir kəndindəki Dağ Komando Məktəbi və Təhsil Mərkəzi Komutanlığı ölkələrin hərbçiləri arasındaki məlumat və tecrübə mübadiləsini təşkil etmək və onların birlikdə işləmə bacarığını inkişaf etdirmək üçün nəzərdə tutulan təlimlərə ev sahibliyi edir. Baş tutan təlimlərə Türkiyədən 66, Azərbaycandan 30, Bolqarıstandan 21, Gürcüstandan 19 hərbçi qatılıb. 6 iyunda başlayan və sabah sona çatacaq təlimlər İsparta rayonu və onun Eyirdir kəndinin fərqli yerlərində keçirilir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org