Herbci gulescilerimiz 9 medal qazandilar

20:09 – xeber – Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı başa çatıb.
 
Axar.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, çempionatın son günündə 80, 85, 97 və 130 kq-da mübarizə aparan yunan-roma güləşçiləri yarışıblar. Azərbaycan hərbçi güləşçiləri ilk 3 çəki dərəcəsində mübarizə aparıb. Boris Traykovski adına İdman Mərkəzində keçirilən turnirdə güləşçilərimiz 2 medal qazanıb.
 
80 kq-da mübarizə aparan Rafiq Hüseynov Yunanıstandan Nikolaos Varkas, Makedoniyadan Qoran Atanasov, yarımfinalda isə Ukraynadan Andrey Belıx üzərində qələbə qazanıb. Finalda Almaniya idmançısı Paskal Ayzellə görüşdə minimal hesabla uduzan güləşçimiz çempionatın gümüş medalına sahib olub.
 
85 kq çəkidə yarışan İslam Abbasov ardıcıl olaraq Albaniyadan Alban Necay, Ukraynadan Aleksandr Şişman və Əlcəzairdən Aem Bucemli üzərində qələbə qazanaraq finala yüksəlib. Rusiyalı Yevgeni Saleyevlə qarşılaşan güləşçimiz gərgin keçən final görüşündə 3:4 hesabı ilə uduzub və o da çempionatı gümüş medalla başa vurub.
 
Qeyd edək ki, hərbçi güləşçilərimiz Makedoniyadakı dünya çempionatından vətənə 9 medalla (2 qızıl, 4 gümüş, 3 bürünc) qayıdacaq. Nümayəndə heyəti sabah səhər saatlarında vətənə qayıdacaq.
 
Azərbaycan yığması ümumi komanda hesabında 53 xal toplayaraq yarışları ikinci yerdə başa vurub.
 
Çempionatda Rusiya Federasiyası 61 xalla birinci, Ukrayna isə 52 xalla üçüncü yerə layiq görülüblər.
 
Qeyd edək ki,  hərbçilərin güləş üzrə dünya çempionatında 35 ölkədən 300-dən çox idmançı iştirak edib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org