“Her seyin sonu yaxinlasmaqdadir…”

09:09 – xeber – Sizin ədəbiyyatda istinad etdiyiniz dəyər kultu hansıdır? Konkret hansı müəllif və əsərlər?
 
Axar.az bu sualla ədəbiyyat adamlarına müraciət edib.
 
Yazıçı, tərcüməçi İmir Məmmədli ədəbi kultunun olmadığını bildirdi:
 
“Biz insanlar uşaqlıqdan ta indiyə qədər şüurumuza yeridilən müxtəlif mədəni-mənəvi stereotiplərlə məhdudlaşdırılmışıq. Buna görə də kim olduğumuzu, təklif olunan və ya tanış situasiyada necə davranacağımızı bilirik. Amma vərdiş etmədiyimiz, gözlənilməz ekstremal situasiyada necə davranacağımızı və kim olacağımızı bilmirik. Yazılarımda da məni maraqlandıran əsas məsələ budur. İnsan stereotip çərçivələrindən kənarda necə dəyişir? Belə məqamlarda bəzən məzəli situasiyalar yaranır, bu da məni çox cəlb edir.
 
Ədəbi kultum yoxdur, amma sevdiyim əsər və müəlliflər var. Azərbaycan yazarlarından Mirzə Cəlil Məmmədquluzadəni, onun bütün əsərlərini, xüsusən, “Usta Zeynal”, “Qurbanəli bəy”, “Ölülər”i çox sevirəm. Əcnəbilərdən Servantes və onun “Don Kixot”unu mənim üçün (hələ ki, belə düşünürəm) heç kəs və heç bir əsər əvəz edə bilməz”.
 
Şair Əşrəf Veysəlli Füzulinin adını çəkdi:
 
“Ədəbiyyatda ən çox sevdiyim şair poetik sözün zirvəsi hesab etdiyim Füzulidir. Ancaq imkan olduqca başqalarını da mütaliə edirəm. Yaxşı şeir üçün hər şeyi verməyə hazıram”.
 
Tənqidçi Əsəd Cahangir əsərlərin, müəlliflərin adını sadaladı:
 
1. ”Dədə Qorqud”
2. Nizami – “Xosrov və Şirin”, “Yeddi gözəl”, “İsgəndərnamə”
3. Nəsimi – qəzəllər divanı
4. Füzuli – “Leyli və Məcnun”, qəzəllər divanı
5. Hüseyn Cavid – “İblis”
6. İsa Muğanna – “İdeal”
7. Dante – “İlahi komediya”
8. Şekspir – “Kral Lir”, “Maqbet”
9. Höte – “Faust”
10. Tolstoy – “Dirilmə”
11. Dostoyevski – “Cinayət və cəza”
12-ci hələ yazılmayıb… 12-ci imam kimi onun yolunu gözləyirik.
 
Məti Osmanoğlu nə vaxtsa qələmə aldığı qeydlərini yaddaşının ucundan keçirib, suala cavab verdi:
 

“Dalbadal şimşək çaxır, gurultu qopur, yer-göy lərzələnir. Gecəni ağzına alan yaz yağışı, qarımlara sığmayan sel, elə bil, bu dəqiqə dəyəni yerindən qoparacaq. Dəyənin bir küncünə sığınan dörd-beş yaşlarında bir uşaq nə yata, nə səsini çıxara, nə yerindən tərpənə bilir. Ona elə gəlir, hər şeyin sonu yaxınlaşmaqdadır. Dəyənin bir küncündən gələn səs xofu sındırır: “Əşhədü ənla ilahə illəllah və əşhədü ənnə Məhəmmədən əbdühü və rəsuluh…” Bu o qədər də dindar olmayan Güləbatın nənəmin səsidir. O uşaq isə mənəm. Sən də dilinə Kəlmeyi-şəhadəti gətir, qurbanın olum!… Nənəm deyəni dönə-dönə təkrarlayıram. Yenə şimşək çaxır. Dünyanı dolduran gur işıq sanki gözlərimdən ürəyimə düşür. Ürəyimdə şimşəkdən də, selləmə yağışın sallanıb gəldiyi nəhayətsiz göylərdən də yüksək bir varlıq duyuram. O Xilaskar içimdəki xofu sellərə qatıb təmizləyir. Ruhuma qəfil yayılan həmin şimşək işığını mən sonradan bir neçə dəfə yaşamışam: Füzulinin “Leyli və Məcnun”unu, Ruminin “Məsnəvi”sini, Hüqonun ”Səfillər”ini, Dostoyevskinin “Cinayət və cəza”sını oxuyanda…”
 
Kəmaləddin Qədim özünün istinad kultunun minillikdən keçdiyini dedi:

“Mənim ədəbiyyatda istinad etdiyim dəyər kultu millilikdir. Hələ Sovetlər Birliyi dönəmindən daha çox milli ruhda yazılmış əsərləri oxuyurdum. Elə indi də belədir… R.Həmzətovun “Mənim Dağıstanım”, Ç.Aytmatovun “Əsrə bərabər gün”ündən tutmuş M.Süleymanlının “Köç”ünə, “Dəyirman”ına, Y.Səmədoğlunun “Qətl günü”nə, İ.Hüseynovun “İdeal”ına, Anarın bütövlükdə yaradıcılığına, R.Rzanın, B.Vahabzadənin, M.Arazın, M.İsmayılın və digər milli ruhlu yazarlarımızın yaradıcılıq nümunələrinə qədər…”

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org