Hemsohbetinin sesini yaza, istifade ede bilersiniz – Ekspert


[r32]
– xeber –
Şəxslər hər zaman özünün də iştirakçısı olduğu bir söhbəti yaza və məhkəmədə sübut kimi təqdim edə bilərlər. Çünki qarşısındakı şəxs verdiyi informasiyaları könüllü şəkildə çatdırır.
Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Fərhad Mehdiyev Türkiyədə telefon danışığı zamanı təhqir olunan şəxsin bunu diktofona yazmasına qanuni şəkildə icazə verilməsinə münasibət bildirərkən deyib. O bildirib ki, bənzər qanunun Azərbaycanda xüsusi formada vurğulanmasına ehtiyac yoxdur. Onsuz da vətəndaşı sözügedən hallardan qoruyan maddələr qanunvericilikdə öz əksini tapıb:
“O halda şəxslərin danışığı qeydə alına bilməz ki, məsələn, 3 nəfər söhbət edirsə, kənardan onları dinləyib, səslərini yazmaq şəxsi həyatın toxunulmazlığı prinsipini pozur. Çünki onlar bu məlumatı dördüncü şəxsə vermək istəməyiblər, sadəcə öz aralarında danışıblar.
Deyirlər ki, guya insanların icazəsi olmadan yazılan materiallardan ona qarşı istifadə etmək olmaz. Qanunvericiliyə görə, bu ancaq cinayət vassal hüququna tətbiq oluna bilər. Qonşu Türkiyədə məhkəmə prosesi zamanı bu prinsipdən istifadə olunması çox düzgündür. Əslinə qalsa, belə bir qanunu ayrıca vurğulamağa ehtiyac yox idi. Onsuz da bu prinsip əvvəlcədən qanunvericilikdə mövcuddur. Sadəcə, diqqətli olmaq lazımdır ki, bu səsyazma kənar informasiyaya aiddir, yoxsa birbaşa şəxsin özünə verilmiş məlumatdır”.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə başqa cür dəlil əldə etmək imkanı olmayan şəxslərə telefon danışığı zamanı həqarət edənlə arasındakı dialoqu yazmağa qanuni formada icazə verilib. Belə ki, hər hansı bir şəxs telefonla danışarkən təhqir və təhdid olunarsa, qarşıdakı şəxsin səsini yazaraq, sübut kimi məhkəmədə istifadə edə bilər.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org