Hemsedrler Qarabagla bagli beyanat yaydi


[r32]
– xeber –
ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona son səfərləri ilə bağlı birgə bəyanat imzalayıblar.
APA-nın ATƏT-ə istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, səfərin əsas məqsədi təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində ən son hərbi və siyasi məlumatları əldə etmək, Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaların həyata keçirilməsini və münaqişənin həlli istiqamətində gələcək addımları müzakirə etmək olub. Diplomatlar Azərbaycan və Ermənistan prezidentləri, eləcə də Dağlıq Qarabağdakı de-fakto rəhbərliklə görüşüblər. Onlar Dağlıq Qarabağ ətrafı ərazilərə də səfər ediblər.
Bəyanatda qeyd olunur ki, danışıqlarda həmsədrlər təmas xəttində baş verən gərginliklə bağlı dərin narahatlıqlarını bir daha qeyd ediblər və tərəfləri çıxışlarında və addımlarında təmkinli olmağa çağırıblar. Bildirilir ki, prezidentlər həmsədrlərin atəşkəsi gücləndirmək və xüsusilə Novruz və Pasxa bayramları ərəfəsində vəziyyətin eskalasiyasından çəkinməklə bağlı təkliflərinə dair mövqelərini açıqlayıblar. Onlar siyasi həll istiqamətində danışıqların davam etdirilməsinə sadiqliklərini ifadə ediblər.
Vasitəçilər danışıqlarda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin missiyasına və onun genişləndirilməsinə dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Onlar əmin olduqlarını bildiriblər ki, danışıqların davam etdirilməsi məqsədilə etimad atmosferinin yaradılması üçün atəşkəsə hörmət son dərəcə vacibdir.

Həmsədrlər tezliklə Vyanaya səfər edəcək və ATƏT-in Minsk Qrupunun üzvləri ilə bir araya gələcəklər.
Qeyd edək ki, həmsədrlər martın 11-də Bakıda, martın 27-də İrəvanda və martın 28-də Dağlıq Qarabağda olublar.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org