Hemin oyunu gozleyirem – Prosinecki


[r32]
– xeber –
Norveç millisi ilə hazırlığa vaxtımız az oldu. Azərbaycan çempionatının oyunları da davam edir. Bu, bizim üçün ilk deyil, futbolda belə hallar olur.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveç millisinin qonağı olacaq Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki avqustun 31-də təşkil edilən mətbuat konfransında deyib.
Son iki oyunda Norveçə qarşı inamlı oynadıqlarını vurğulayan xorvatiyalı baş məşqçi deyib: “Səfərdə millimiz Norveç yığması ilə heç-heçə etdi. Bakıda isə rəqibi məğlub etdik. Rəqib komandada baş məşqçi dəyişikliyi olub. Norveç millisi revanş qazanmaq istəyəcək. Rəqibin Çexiya ilə oyununu analiz etmişik və onlar güclü təsir bağışlayırlar. Azarkeşləri maraqlı oyun gözləyir”.
Robert Prosineçki bildirib ki, dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə qarşılaşmada futbolçuların oyunundan razı qaldım. Ancaq nəticə xeyrimizə olmadı. Sabah da futbolçulardan həmin oyunu gözləyirəm. Komandada ab-hava yüksəkdir. Mən komandama inanıram.
“Azərbaycan millisinə rəhbərlik etdiyim vaxtdan Namiq Ələsgərov yığmaya dəvət olunur. O, öz istedadı ilə digərlərindən fərqlənir. Şimali İrlandiya ilə oyunda Namiq son 15 dəqiqədə meydana daxil oldu və gözəl oyun nümayiş etdirdi. Renat Dadaşova gəldikdə, o, Almaniyanın “Ayntraxt” klubunun U-19 komandasında çıxış edir. Ümid edirəm ki, o da Azərbaycan millisində özünü nümayiş etdirmək üçün şans əldə edəcək. Ancaq hazırda onun əsas heyətdə yer alacağını düşünmürəm”, – deyə baş məşqçi əlavə edib.
Hazırda fikrinin Norveç və bir neçə gün sonra Bakıda təşkil olunacaq San-Marino millilərinə qarşı oyunlara yönəldiyini diqqətə çatdıran Robert Prosineçki sabah təşkil olunacaq görüş üçün əsas heyətdə iki dəyişiklik etdiyini bildirib. Qeyd edib ki, Şimali İrlandiya ilə oyundakı heyətə Namiq Ələsgərov və Mahir Mədətov əlavə olunub. Onlar Ramil Şeydayevi və Əfran İsmayılovu əvəzləyəcəklər.
Millimizin üzvü Bədavi Hüseynov oyuna ciddi hazırlaşdıqlarını vurğulayaraq deyib: “Rəqibimiz çox güclüdür. Onların oyunlarını təhlil etmişik və məşqçilər korpusu tərəfindən müəyyən tapşırıqlar almışıq. Biz də əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb azarkeşlərimizi sevindirməyə çalışacağıq.
Mətbuat konfransından sonra Norveç-Azərbaycan oyununun keçiriləcəyi Oslodakı “Ullevaal” stadionunda millimizin açıq məşqi təşkil olunub.
Matç sentyabrın 1-də Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org