Hemilton qelebesini Eliye hesr etdi

09:44 – xeber – Formula-1 üzrə Dünya Çempionatının iyunun 10-12-də keçirilən yeddinci yarışı – Kanada Qran-prisində "Mercedes"in britaniyalı pilotu Luis Hemilton qalib gəlib. Çempion cari mövsümdəki ikinci qələbəsini əfsanəvi boksçu Məhəmməd Əliyə həsr edib.
 
ANS-in məlumatına görə, yeddinci yarışda pilotlar Monrealdakı Jil Vilnöv trasında 4300 metrlik məsafədə 70 turda mübarizə aparıblar. Luis Hemilton yarışı 1 saat 31 dəqiqə 05 saniyəlik nəticə ilə 25 xal toplayaraq başa vurub. Liderdən 5 saniyə geridə qalan Sebastian Vettel (Ferrari) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb.
 
Birincilik əldə pilot bu qələbəsini mərhum boks ustası Əliyə həsr etdiyin öz "Twitter" hesabında paylaşıb. "Kəpənək kimi uç, arı kimi sanc. Bu, sənin üçündür, Məhəmməd", – deyən Luis, qələbəsinə görə komandasına minnətdarlığını da çatdırıb.
 
Yeddinci Qran-pridən sonra "Mercedes"in digər pilotu Niko Rosberq 116 xalla liderliyini davam etdirir. O, indiyədək keçirilən yeddi mərhələdən dördündə (Avstraliya, Bəhreyn, Çin, Rusiya) qalib gəlib. Cari mövsümdə ikinci qələbəsini qazanan L.Hemilton isə bu mərhələdən sonra komanda yoldaşı ilə xal fərqini 9-a endirib və ikinci sırada qərarlaşıb. Onun hesabında 107 xal var.
 
Çempionatın növbəti – səkkizinci yarışı olan Avropa Qran-prisi iyunun 17-19-da Bakıda keçiriləcək.
 

Float like a butterfly, sting like a bee. That was for you Muhammad. Amazing job today team.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org