Hele o vaxt Balayan elifbani oyrenirdi – XİN

22:15 – xeber – Əslən Şuşa şəhərindən olan Polad Bülbüloğlu Azərbaycanın böyük oğlu və əsl vətənpərvərdir və belə də qalacaq.
 
Report-un məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ermənistanlı həmkarı Tiqran Balayanın Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu barəsində səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirərkən deyib.
 
"Ermənistan XİN növbəti qeyri-etik şərhləri ilə əlaqədar olaraq demək istərdim ki, milyonların kumiri olan Polad Bülbüloğlu öz peşəkarlığı, istedadı və yüksək mənəvi keyfiyyətləri ilə pərəstişkarlarının rəğbətini qazanan vaxtlarda Ermənistan XİN-in mətbuat katibi bəlkə də hələ əlifbanı öyrənirdi", – deyə H.Hacıyev bildirib.
 
Onun sözlərinə görə, "peşəkar ali təhsili" olan erməni "diplomatları" dünya ictimaiyyəti tərəfindən qəbul olunmuş beynəlxalq hüquq və normativ-hüquqi sənədləri özlərinə məxsus tərzdə şərh etməyə çalışaraq, dünyaya öz absurd iddialarını sübut etməyə cəhd göstərirlər: "Bunun bariz nümunəsi kimi, bir qədər əvvəl Ermənistan XİN rəhbərinin müavini Şavarş Koçaryanın Azərbaycanın Rusiyadakı səfirinin fəaliyyəti barədə söylədiyi yalan və vulqar açıqlamalarını göstərmək olar. İndi isə bu yolu həmin strukturun mətbuat katibi davam etdirir".

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org