Heftede nece defe et yemek olar? – Hekim tovsiyeleri

28 Dekabr 2015 22:25 – xeber –
Ət insanın sağlamlığı üçün ən lazım olan məhsullardan biridir. Olkem.az saglamolun.az-a istinadən bildirir ki, ət insan orqanizmi üçün həyati vacib olan zülalların mənbəyidir.
Zülallar orqanizmin əsas tikinti materialıdır. Bu səbəbdən zülallar orqanizmə lazım olan miqdarlarda daxil olmadıqda, bu bir çox sistem və orqanlarda pozulmalara yol açır. Zülalların çatışmazlığı immun sistemini zəiflədir.
Digər çox vacib məsələ. Orqanizm üçün ən vacib maddələrdən biri olan dəmir də digər məhsullarla müqayisədə ətdən qat-qat yaxşı mənimsənilir. Dəmir hemoqlobinin tərkibinə, hemoqlobin isə qanın qırmızı qan hüceyrələri olan eritrositlərin tərkibinə daxildir. Eritrositlərin əsas funksiyalardan biri orqanizm boyu oksigenin daşınmasıdır. Bu funksiyanı hemoqlobin yerinə yetirir. Orqanizmdə dəmir çatmırsa, bu funksiya pozulur. Bu isə dəmirdefisitli anemiyaya səbəb olur.
Zülallar və dəmirdən əlavə ətdə müxtəlif digər orqanizm üçün çox vacib olan maddələr var – vitaminlər (A, D, E, B qrupu), minerallar (kalium, fosfor, maqnezium, mis, kalsium, sink, yod və s.), yağlar, karbohidratlar və s.
Beləliklə, ətdən biz orqanizm üçün çox vacib maddələri alırıq.
Lakin alimlərin son araşadırmaları sübut edir ki, ətin həddindən artıq çox miqdarda qəbulu orqanizm üçün ziyanlıdır. Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı qırmızı əti kanserogen (xərçəng əmələ gətirən) maddə kimi qəbul etdi. Alimlərin fikirinə görə, ətin çoxlu miqdarlarda qəbulu həzm sistemi xərçənginin riskini xeyli artırır.
Həkimlərin fikirinə görə, qırmızı əti (mal, dana, qoyun əti) həftədə 2-3 dəfə yemək kifayətdir. 1 porsiya 100-150 qr olmalıdır. Ət suda və ya buğda bişirilməlidir (qızardılmış şəkildə olmaz).

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org