“Hec vaxt indiki qeder guclu olmamisiq” – Video

17:40 – xeber – Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb.
 
Report xəbər ki, bunu “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbuldakı çıxışında bildirib.
 
“Biz öz taleyimizin sahibiyik, biz müstəqil ölkəyik, biz azad xalqıq, biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq və müstəqillik, inkişaf yolu ilə bundan sonra da gedəcəyik. Bu yolda bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıram”, – dövlət başçısı vurğulayıb.
 
Prezident bildirib ki, Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan sovetlər birliyinin tərkibində mürəkkəb yol keçib. Həmin illərdə elm və təhsil, neft sahəsində müəyyən irəliləyişlər olub.
 
Dövlət başçısı ulu öndər Heydər Əliyev birinci dəfə respublikada rəhbərliyə gəldikdən sonra Azərbaycanda gedən inkişaf proseslərindən danışıb.
 
Müstəqilliyin ilk illərində ölkədəki çətin vəziyyətdən bəhs edən Prezident İlham Əliyev ümummilli liderin rəhbərliyi altında Azərbaycan dövlətçiliyinin əsasının qoyulduğunu, azərbaycançılıq ideologiyasının bərqərar olduğunu vurğulayıb.
 
"2003-cü ildən bu günə qədər Azərbaycan Heydər Əliyevin yolu ilə gedir"- deyən dövlət başçısı xalqımızın bir amal ətrafında birləşdiyini, Azərbaycanın dayanıqlı, uzunmüddətli inkişaf strategiyasının təmin edildiyini, beynəlxalq nüfuzumuzun artdığını, qarşıya qoyulan vəzifələrin uğurla icra edildiyini bildirib.
 
Prezident İlham Əliyev deyib ki, Azərbaycanda quruculuq prosesi davam etdiriləcək, bundan sonra da ölkədəki sabitlik və təhlükəsizlik təmin olunacaq.
 
Xalq-iqtidar birliyinin möhkəmləndiyini, demokratiyanın inkişaf etdiyini, bütün azadlıqların təmin olunduğunu vurğulayan dövlət başçısı deyib ki, ölkəmizə münasibətdə müşahidə olunan ikili standartlara son qoyulmalıdır.
 
Bu il Azərbaycanda "Multikulturalizm ili"nin elan edildiyini, indiki şəraitdə bunun dünyaya bir mesaj olduğunu deyən prezident onu da qeyd edib ki, xarici siyasətdə Azərbaycanın maraqları uğurla təmin olunur.
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org