"Hec bir quvve bu dostlugu sarsida bilmez" – Foto

– xeber – İyunun 3-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, sədr qonağı salamlayaraq Türkiyənin yeni – 65-ci hökumətinin Baş naziri seçilməyi münasibətilə təbrik edib, ona bu şərəfli və məsuliyyətli vəzifədə türk xalqının rifahı naminə uğurlar arzulayıb.

 

Oqtay Əsədov Azərbaycan-Türkiyə münasibətlərini ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsinin təcəssümü kimi dəyərləndirdi. Bildirildi ki, dövlət başçıları arasındakı səmimi münasibət əlaqələrimizin inkişafına da müsbət təsirini göstərir. Yüksək səviyyəli siyasi dialoq iqtisadi əməkdaşlığa da töhfəsini verir. Təkcə ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard ABŞ dolları həcmində olub. Biz gələcəkdə bu göstəricini dəfələrlə artırmaq niyyətindəyik.

 

Milli Məclisin sədri deyib: “Bu gün Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir. Heç bir qüvvə bu dostluğu sarsıda bilməz. Bu yaxınlarda Almaniya parlamentində uydurma “erməni soyqırımı” ilə əlaqədar qəbul edilmiş qərar Azərbaycan ictimaiyyətinin də hiddətinə səbəb olub. Bütün bunlar dünyada mövcud olan ikili standartlardan xəbər verməklə yanaşı, həm də uydurma faktlardan istifadə edərək bir sıra ölkələrə təsir etmək kimi cılız məqsədlər güdür”.

 

Söhbət zamanı sədr bildirib ki, Milli Məclislə Türkiyə parlamenti arasında əlaqələr yüksək səviyyədədir.

 

“Azərbaycan üçün ağrılı olan Dağlıq Qarabağ probleminin həllində Türkiyənin ölkəmizin yanında olduğunu həmişə hiss etmişik və inanırıq ki, bu məsələdə haqq-ədalət tezliklə öz yerini tapacaq”, – deyə Oqtay Əsədov vurğulayıb.

 

Türkiyənin Baş naziri Binəli Yıldırım yeni vəzifədə Azərbaycana ilk səfərini etdiyini və bundan qürur duyduğunu söylədi. O qeyd etdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qazandığı uğurlar göz önündədir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Baş nazir vurğulayıb ki, Azərbaycanla Türkiyə qlobal layihələrin reallaşmasında birgə iştirak edirlər. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi layihələr buna parlaq misaldır. Bu gün Azərbaycan Türkiyə iqtisadiyyatına böyük yatırımlar edir.

 

Azərbaycan və Türkiyəni sağlam təməllər üzərində elə ortaq dəyərlər birləşdirir ki, heç kim bu dostluğa, bu qardaşlığa zərər yetirə bilməz.

 

Binəli Yıldırım Almaniya parlamentində uydurma “erməni soyqırımı” ilə bağlı qəbul edilmiş qərarla əlaqədar Azərbaycan tərəfinin mövqeyini yüksək dəyərləndirərək dedi ki, tarixlə tarixçilər məşğul olmalıdırlar. Baş vermiş hər hansı bir hadisədən 100 il sonra onun üzərində siyasət aparmaq olmaz. Yaxın tarixdə törədilmiş Xocalı soyqırımına göz yuman bu siyasətbazlar uzaq keçmişdəki uydurma hadisələrə qiymət verməyə cəhd göstərirlər.

 

Binəli Yıldırım Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayaraq bu ilin aprel ayında Azərbaycan Ordusunun cəbhə xəttində əldə etdiyi uğurları yüksək qiymətləndirdi. Baş nazir xüsusi vurğuladı ki, Türkiyə ilə Azərbaycan birlikdə istənilən problemi həll etməyə qadirdir.

 

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org