Hebs olunan "vekil"le bagli Kollegiya beyanat yaydi


[r32]
– xeber –
13:15
“Yeni Yasamal” MTK-nın rəhbəri Cahangir Alışov ilə vəkili Habil Fətəliyevin saxlanıldığı barədə yayılan xəbərlə bağlı Vəkillər Kollegiyası təkzib yayıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, təkzibdə Vəkillə Kollegiyasının Habil Fətəliyev adlı üzvü olmadığı bildirilib və vəkil adından bu cür qanunsuz istifadə halları qəti şəkildə pislənilib.
Bildirilib ki, yaxın aylarda Vəkillər Kollegiyasının yeni internet səhifəsi istifadəyə veriləcək və orada bütün vəkillərin reyestri yerləşdiriləcək. Bununla da gələcəkdə vəkillərin müəyyən edilməsində bu kimi anlaşılmazlıqların aradan qaldırılacağı vurğulanıb.
Qeyd edək ki, bu gün “Yeni Yasamal“ MTK-nın sədri Cahangir Alışov və vəkili Habil Fətəliyevin saxlanıldığı barədə məlumat yayılıb. Virtualaz.org saytı şirkət rəhbərinin Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin, dələduzluq edərək, bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirildiyini yazıb.
Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.
İddiaya görə, şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili olduğu bildirilən Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən, o da həbs edilib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org