20:52 – xeber – Vəzifədən sui-istifadə ittihamı ilə iki gün əvvəl həbs olunan Ermənistan Müdafiə Nazirliyinin silahlanma idarəsinin sabiq rəisi, general-mayor Melsik Çilingəryan xəstəxanaya yerləşdirilib.
APA xəbər verir ki, iyunun 3-də İrəvan məhkəməsi mayın 30-da saxlanılan yüksək rütbəli hərbçilərə qarşı həbs qətimkan tədbiri seçib.
Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin sabiq silahlanma idarəsinin rəisi, general-mayor Melsik Çilingəryan, silahlı qüvvələrin maddi-texniki departamentinin şöbə rəisi, polkovnik Mqer Papyan və polkovnik Armen Markaryan vəzifələrindən sui-istifadə etməkdə təqsirli biliniblər.
Adıçəkilən şəxslər vəzifələrindən sui-istifadə edərək ordunun ehtiyacları üçün müxtəlif malları bazar qiymətlərindən baha əldə edib, bir neçə hallarda isə tələb olunmayan mallar alıblar.