HDP uzvu: “Muqavimet gosterin, ruslar komeye gelir”

15:58 – xeber – Müqavimət göstərin. Ruslar köməyə gəlir. Artıq silahları yola salıblar.
 
Axar.az “Star” qəzetinə istinadən xəbər verir ki, bu sensasiyalı sözləri Türkiyənin Diyarbəkir Böyükşəhər Bələdiyyəsinin həmsədri, HDP üzvü Gültan Kışanak PKK terrorçuları ilə gizli görüşü zamanı deyib.
 
O, Diyarbəkirin Sur rayonundakı terrorçulara silah və canlı qüvvə yardımı edilməsini istəyib:
 
“Tezliklə Rusiyadan çox ciddi yardımlar gələcək. Hazırda Rusiya ilə razılaşmağa çox yaxınıq. Rusiya bizə silah yardımı edəcək. Artıq 2 maşın yola çıxıb, Türkiyəyə gəlir. Müqavimət davam etməlidir. Qəndilin göstərişi bu istiqamətdədir. Rusiyanın yardımları arasında tank əleyhinə silahlar da var. Xalq bizə dəstək verməsə belə, müqavimət davam etməlidir”.
 
Onun bu sözlərindən sonra Surun bəzi küçələrində xəndəklər qazılıb, rayona əlavə terrorçular cəlb olunub.
 
Qəndildəki PKK rəhbərliyinin Kışanaka Diyarbəkirdən kənara çıxmamaq barədə göstəriş verdiyi bildirilir.
 
Qeyd edək ki, Kışanak “xalq bizə dəstək vermir, məğlub olduq, mübarizəni dayandırın” dediyi üçün ötən həftə PKK-çılar tərəfindən Surdakı binalardan birinin zirzəmisində 6 saat saxlanılmışdı.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org