Haci Şahin: “Onlari dehsetli ezab gozleyir…”

09:18 – xeber – İntihar böyük günah hesab olunur. Onları axirət dünyasında əbədi əzab gözləyir.
 
Bu sözləri Axar.az-a Məşhədi Dadaş məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli son vaxtlarda ölkədə baş alıb gedən intiharlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, intiharların başlıca səbəbi həyat haqqında yanlış təsəvvürlərdir:
 
“Bu gün intiharların səbəbləri haqqında ciddi araşdırmalar aparılır. Çox vaxt belə bir nəticə əldə olunur ki, intiharlar adətən sosial məsələlərlə bağlı olmur. Yəni maddi rifahın yüksək olduğu ölkələrdə intiharların sayı daha çox olur. İntiharların səbəbi kimi təkcə maddi sıxıntını göstərmək olmaz. Çünki intiharlar daha çox psixoloji səbəblərlə bağlıdır. Dini nöqteyi-nəzərdən intihar böyük günah hesab olunur. İntihar edən insanları axirət dünyasında əbədi əzab gözləyir.
 
İntiharın əsas səbəblərindən biri gənclərdə həyat haqqında düzgün təsəvvürlərin formalaşmamasıdır. Biz övladlarımıza tərbiyə verərkən birinci növbədə həyatı düzgün şəkildə onlara tanıtmalıyıq. Həyatı həddindən artıq ideallaşdırmaq, həddindən artıq ümid yolverilməzdir. Bəzən bu gözləntilər reallaşmayanda insanlar intihara əl atır”.
 
İlahiyyatçının sözlərinə görə, evdə valideynlər, məktəbdə isə müəllimlər bu mövzuda təbliğat aparmalıdır:
 
“Uşaqlıqdan övladlarımızı bu ruhda tərbiyə etməliyik. Dünya çətinliklərlə dolu bir məkandır. Yaşadığımız planet sıxıntı və çətinliklərdən ibarətdir. Eyni zamanda dünya Allahın verdiyi bir fürsətdir. Bu çətinliklər, sıxıntılar əslində bizim kamilləşməyimiz üçün bir vasitədir. Yəni bu çətinliklər bizim bədbinliyə qapılmağımıza səbəb olmamalıdır. Əksinə, həyatı problemləri ilə, sıxıntıları ilə, acıları ilə sevməyi bacarmaq lazımdır.
 
İnsanların gizli istedadları var. Həmin istedad insan çətinliyə düşərkən üzə çıxır. Bu ona bənzəyir ki, bizim daxilimizdə üzmək bacarığı var, ancaq su ilə çarpışmasaq, bu bacarıq üzə çıxmayacaq. Ona görə də həyatın hər bir çətinliyi əslində bir fürsətdir. Bütün bunlar həm ailədə, həm də məktəbdə gənclərə izah olunmalıdır. Eyni zamanda, din xadimləri də bu məsələlərdə ciddi şəkildə iştirak edə bilərlər. Təhsil müəssisələrində insanlara yalnız elm və bilik yox, həm də şagirdlərin bir insan kimi formalaşması aşılanmalıdır”.
 
Qeyd edək ki, son aylar Azərbaycanda intihar hallarının sayı artıb. İntihar edənlər arasnda orta məktəb şagirdlərinin olması isə narahatlığı daha da artırır.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org