Haci Şahin: “Bu, dunyada gorunməmis hadisədir”

22:38 – xeber – Dünyada və bir çox müsəlman ölkələrində məzhəb gərginliyinin və daxili qarşıdurmaların artdığı bir zamanda ölkəmizdə belə bir dinc mühitin olması çox mühüm haldır. 

Bunu Axar.az-a Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilən “Multikulturalizm ili” çərçivəsində dünən Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq bütün müsəlmanların ilk dəfə bir araya gələrək eyni vaxtda və yerdə vəhdət namazı qılmasına münasibət bildirərkən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşhədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli deyib. O qeyd edib ki, multukulturalizm Azərbaycanda dövlət səviyyəsində qorunan bir dəyərdir: 

“Ölkəmizdə fərqli mədəniyyət və dini inancları bölüşən müxtəlif məzhəb təmsilçiləri hər zaman dinc yanaşı yaşayıblar. Bu gün dünyada məzhəb və dini zəmində münaqişələrin olduğu bir vaxtda Azərbaycanda multikulturalizmlə bağlı tədbirlərin keçirilməsi təqdirəlayiq bir haldır. Yəni Azərbaycanda heç bir vaxt dini və məzhəb qarşıdurması olmayıb. Onların arasında hər zaman qardaş münasibətləri olub. Heydər məscidində keçirilən tədbir də məhz bu birliyin, vəhdətin ifadəsidir. Bu, həmçinin dünya ölkələrində görünməmiş bir hadisədir. Bu baxımdan Azərbaycan bir çox dini ölkələrə nümunədir. Dünyada və bir çox müsəlman ölkələrində məzhəb gərginliyinin və daxili qarşıdurmaların artdığı bir zamanda ölkəmizdə belə bir dinc mühitin olması çox mühüm haldır. Bu, dünyaya bir örnəkdir”. 

Qeyd edək ki, dövlət başçısı 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması haqqıdna sərəncam da imzalayıb. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org