Haci İbrahim ereb seyxlerini Xezere getirir

19:28 – xeber – Fevralın 15-də Küveytin iş adamlarından ibarət 6 nəfərlik nümayəndə heyəti “Xəzər adaları” layihəsi ilə əlaqədar Azərbaycana səfərə gələcək.
 
Bu barədə Publika.az-a “Xəzər adaları” layihəsinin müəllifi, “Avesta Concern”in rəhbəri Hacı İbrahim Nehrəmli məlumat verib.
 
Səfərinin onun dəvətilə baş tutacağını vurğulayan Hacı İbrahim Nehrəmli deyib ki, səfər çərçivəsində küveytli iş adamları “Xəzər adaları” layihəsi ilə yaxından tanış olacaqlar: “Küveytli iş adamları “Xəzər adaları” ilə bağlı mənimlə görüşəcəklər. Görüş zamanı bu layihənin ilkin olaraq bir adasına sərmayə vəsaiti yatırılması haqda razılıq müqaviləsi imzalanması gözlənilir. Artıq bununla bağlı ilkin razılıq əldə olunub. Küveytdən olan iş adamları “Xəzər adaları” layihəsinə mərhələli şəkildə pul qoymaq istəyirlər. Yəni, onlar istəyir ki, bu layihədə ilkin olaraq bir adanı inşa edib satsınlar. Bu barədə razılıq üçün, təbii ki, hər iki tərəfin şərtləri qəbul edilməlidir. İnanıram ki, şərtlərimiz bir-birimizi qane edəcək”.
 
Azərbaycanlı iş adamı deyib ki, indi onun üçün əsas məqsəd müəllifi olduğu “Xəzər adaları” layihəsində işlərin davam etdirilməsidir: “Bu istiqamətdə Çinin iş adamları ilə də danışıqlar gedir. Layihədə iş başlayan zaman yüzlərlə ölkə vətəndaşı üçün yeni iş yerləri açılacaq. İlkin razılıq da belədir ki, ada satılmayacaq, sadəcə olaraq, küveytli iş adamları müəyyən faiz qarşılığında adaya sərmayə qoyub onu inşa edəcəklər və buradakı mənzillər və obyektlər satılandan sonra öz faizlərini götürəcəklər”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org