Gurcustandaki azerbaycanli muellimler birlesir

00:14 – xeber – Dünya Azərbaycanlılarının IV Qurultayından sonra Gürcüstanda yaşayan azərbaycanlılar daha bir təşkilat yaradıblar. Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı adlanan yeni təşkilat bu ölkədəki azərbaycanlı müəllimləri, elm və təhsil işçilərini ətrafında birləşdirəcək.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, iyunun 16-da Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində yeni təşkilatın təqdimatı olub.
 
Muzeyin direktoru Leyla Əliyeva tədbiri açdıqdan sonra təşkilatın sədri, Qardabani rayon Kəpənəkçi kənd məktəbinin müəlliməsi Səadət Quliyeva yeni yaratdığı qurum barədə məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayındakı tarixi nitqindən sonra Gürcüstandakı ziyalılarımız bu ölkədəki soydaşlarımızın daha da təşkilatlanması, birliyinin möhkəmlənməsi üçün yeni bir qurumun – Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının yaranması barədə qərar qəbul ediblər. Bu ittifaq, həmçinin Gürcüstandakı müəllim çatışmazlığı, kadr problemi, gənclərin və yeniyetmələrin cəmiyyətə inteqrasiyası, gürcü və azərbaycanlı məktəblər arasında əlaqələrin möhkəmlənməsi sahəsində də mühüm işlər görəcək.
 
Sonra professor Kamal Hacıxəlilov, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, Gürcüstan parlamentinin deputatları Azər Süleymanov, Əli Məmmədov, Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğallı, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Əli Abbas və başqaları çıxış edərək təşkilatın yaranma zərurətindən danışıblar. Bildirilib ki, bu gün Gürcüstandakı azərbaycanlı müəllimlərin 80 faizini yaşlı insanlar təşkil edirlər. Qalan 20 faizi isə gənclərdir və onlar da tədricən pedaqoji fəaliyyətdən uzaqlaşırlar. Bu gün Gürcüstanda azərbaycanlı kadr çatışmazlığı, gənc müəllimlərin məktəblərdən uzaqlaşması, yeni nəslin bu sahəyə marağının azalması yeni bir təşkilatın yaranması zərurətini yaradıb. Bildirilib ki, bu təşkilat sadalanan problemlərin həllində mühüm rol oynayacaq.
 
Çıxışlarda bir fikir xüsusi vurğulanıb ki, yeni yaranmış təşkilat Gürcüstanda yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməsində mühüm rol oynayacaq.
 
Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının sədri Səadət Quliyeva jurnalistlərə müsahibəsində deyib: “Gürcüstanda yaşayan müəllimlərimizin vahid amal ətrafında birləşməsinə nail olmaq üçün yaratdığımız İttifaq gürcü-azərbaycanlı dostluğunun inkişafına, kadr problemlərimizin, azərbaycanlı şagirdlərin dərslik və digər problemlərinin həllində də mühüm rol oynayacaq. Biz Azərbaycan Prezidenti İlham Əliyevin qurultaydakı çıxışını diqqətlə izlədik. Bu, bizim üçün birliyə bir çağırış idi. Biz də bu çağırışa qoşuluruq və tarixi Vətənimiz Azərbaycan ətrafında daha sıx birləşəcəyik”.
 
Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğallı isə bildirib ki, bu gün yeni bir ittifaqın – azərbaycanlı müəllimlər birliyinin yaradılması olduqca vacibdir. Gürcüstan hökuməti dostluğa, cəmiyyətin inkişafına, azərbaycanlıların inteqrasiyasına xidmət edən bu cür təşkilatların yaranması dəstəkləyir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org