Gurcustanda Xocaliya xususi buraxilis hesr edildi

20:06 – xeber – Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğunun təşəbbüsü ilə Acarıstan Muxtar Respublikasının nüfuzlu “Adjara P.S.”qəzetində Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı xüsusi buraxılış dərc edilib.
 
Xüsusi buraxılışda Baş konsul Rəşad İsmayılovun Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı məqaləsi dərc olunub.
 
Məqalədə qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət qəddarlığına görə analoqu olmayan hadisələrdəndir.
 
Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni ekstremistlərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.

 
Xüsusi buraxılışda həmçinin, Baş konsulluq tərəfindən gürcü dilində tərcümə olunub, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" ("Justice for Khojaly") beynəlxalq təşviqat kampaniyası çərçivəsində, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə, “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” (“Khojaly Witness of a war crime – Armenia in the Dock”) kitab haqqında da geniş məlumat verilib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org