Gurcustan prezidenti banklara qarsi getdi

3 Yanvar 2016 22:19 – xeber –
Gürcüstan prezidenti Georgi Margvelashvili borca görə vətəndaşların yaşadığı mənzildən köçürülməsi haqda sadələşdirilimiş qaydanın ləğvi ilə bağlı qanunvericilik aktlarına dəyişiklikləri təsdiqləyib.
Olkem.az azadliq.org-a istinadən bildirir ki, ölkə rəhbəri biznesmenlər və bankirlərin etirazına baxmayıb. Onlar bu dəyişikliyi vətəndaşların mülkiyyəti ilə bağlı konstitsion hüquqlarının pozulması sayırlar.
"Polis gücü ilə köçürülmə" adlanan düzəlişin ləğvi təkcə bankir və biznesmenlərin etirazına səbəb olmayıb. Hakim "Gürcü arzusu" koalisiyasının özündə də bu məsələyə yekdil baxış yoxdur. Biznes ombudsman Georgi Qvakharia deyir ki, polis gücü ilə köçürmə mövcud vəziyyət üçün daha optimal idi: "Düşünürəm ki, Gürcüstan iqtisadiyyatı yeni qanuni normalara adaptasiya üçün hazır deyil".
Etirazlara baxmayaraq, parlament çoxluğu bir müddət əvvəl borcluların məhkəmə yolu ilə köçürülməsi ilə bağlı düzəlişə səs verdikdən sonra ümid prezidentin vetosuna qalmışdı. Güman edilirdi ki, o, qanun layihəsinə mane olacaq. Bankirlərin və biznesmenlərin təmsilçiləri ilə görüşündə də Georgi Margvelashvili qanun layihəsinə veto qoya biləcəyini istisna etməmişdi.
Prezident adminstrasiyasının rəhbəri Georgi Abashishvili də vəd vermişdi ki, prezidentin qərarı heç kəsin marağını pozmayacaq.

Borclular sevinir
Amma prezident sonda layihəni imzalayıb. O bunu problemli borcluların marağını müdafiə edən "Dəstək və Ədalət" təşkilatının rəhbəri ilə görüşdən dərhal sonra edib. Nana Qadagishvili prezidentlə görüşdən sonra öz sevincini gizlətməyib: "Ümid edirəm ki, prezident bu qanuna bankirlər və biznesmenlərin tələb etdiyi vetonu qoymayacaq. Bu görüş növbəti işgüzar əməkdaşlıq üçün stimul verdi".
"Yeni qanun dövlətə problem yaradacaq"
Hüquqşünas Levan Alapishvili hesab edir ki, prezident mülkiyyətə zəmanət verən Konstitusuya normalarını pozub. O deyir ki, bu qanun tezliklə dövlətə problemlər yaradacaq. Məsələn, bu günlərdə Dövlət Universitetinin rəhbərliyi yeni qanunun qüvvəyə minməsindən qorxub polis gücünə sakinlərin özbaşına tutduğu binadan çıxarılmasını tələb etdi. Düşünürəm ki, bundan sonra dövlət əmlakının özəlləşdirilməsi kütləvi problemlər yaradacaq. Məhkəmə xərcləri isə vergi ödəyənlər üçün heç də kiçik məbləğ olmayacaq".

İndi parlamentin qərarına yalnız Konstitusiya Məhkəməsi qadağa qoya bilər. Gürcüstan banklarının Assosiasiyası qanundan şikayət verməyə hazırlaşır.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org