Gurculeri meyus etdik

11 Yanvar 2016 19:49 – xeber –
Manatın devalvasiyaya uğramasından sonra Azərbaycandan Gürcüstana səfər edən turistlərin sayında kəskin azalma müşahidə olunub.
Olkem.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın "Bizzone" portalı məlumat yayıb.
 
Məlumata görə, bu azalma Yeni il tətilində özünü qabarıq şəkildə göstərib.
 
Azərbaycanlıların qış mövsümündə ən çox üz tutduğu bölgələr Gürcüstanın dağ kurortu olan Bakuriani və Qdauridir.
 
Ənənəvi olaraq, qış kurortlarına səfər edənlərin 80-90%-i Azərbaycan vətəndaşları idi. Burada yerləşən otelləri də məhz Azərbaycandan olan turistlər doldururdular.
 
Bu il isə vəziyyət radikal şəkildə dəyişib.
 
"Bizim müştərilərimiz əsasən azərbaycanlılar idi, lakin indi onların Gürcüstana axını azalıb. İqtisadi çətinliklərlə əlaqədar azərbaycanlılar bura əvvəlki qədər gəlmirlər. Manatın 50%-lik devalvasiyasına görə, onların sayında ciddi azalma baş verdi və indi onların bu cür səfərləri üçün pulları qalmayıb", – deyə yerli otellərdən birinin rəhbəri qeyd edib.
 
Qeyd edək ki, normal şəraitli otel nömrələrində 1 nömrə 60-100 dollar, lüks nömrələr isə 200-300 dollar arası dəyişir.

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org