Gurcu nazirin Baki seferinin perdearxasi – Ekspert

09:00 – xeber – Kaladzenin Bakıya növbəti səfəri maraqlı proseslərə işıq salır.
 
Bunu Axar.az-a politoloq İlqar Vəlizadə bildirib.
 
Ekspert səfərin bir çox suallara aydınlıq gətirəcəyini hesab edir:
 
“Görünür, “Qazprom”la danışıqlar ağır gedir. Buna görə də Tiflis ciddi şəkildə götür-qoy edir. Maraqlı məqam Azərbaycan prezidentinin İrana səfəridir. Çox güman ki, İranda bu məsələyə toxunulacaq. Yəni Azərbaycan infrastrukturundan istifadə etməklə İran qazının Qərbə çıxışı gündəmdə ola bilər”.
 
Siyasi şərhçinin fikrincə, İran qazının Gürcüstana Azərbaycan vasitəsilə ötürülməsi Tehranla razılaşdırılsa, bu halda rəsmi Bakının Tiflisə başqa təklifləri də istisna deyil:
 
“Kaladze açıqladı ki, Gürcüstan “Şahdəniz” yatağından əlavə qaz həcmləri almaqda maraqlıdır. Bu, hazırda Rusiyanın Tiflisə qaz satışı mövqeyi ilə uzlaşdırılır. Ancaq Kaladzenin növbəti səfəri göstərir ki, Gürcüstan tərəfi Rusiya ilə danışıqlara artıq bir o qədər də ümidli deyil”.
 
Qeyd edək ki,Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze fevralın 29-da Azərbaycana gələcək.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org