Gurcu mutexessis: "İrandan tebii qazin neql edilmesi mumkun deyil"

5 Yanvar 2016 12:20 – xeber –
"Gürcüstanın İrandan böyük həcmdə təbii qaz alması texniki cəhətdən mümkün deyil".
Report Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu gürcüstanlı mütəxəssis Giya Xuxaşvili bildirib.
Onun sözlərinə görə, bu həcmdə təbii qazı indi Ermənistan belə İrandan almır.
"Mən anlamıram, bu layihə hansı texniki vəsaitlə həyata keçiriləcək?! İrandan Ermənistana təbii qaz 700 mm-lik borular vasitəsi ilə nəql edilir. Ona görə də Gürcüstanın energetika naziri İrandan yanacağı necə gətirəcəyini bizə deməlidir. Əgər bu uzun müddətli layihədirsə, o zaman hər iş görmək olar. İndi həmin planın həyata keçməsi ciddi görünmür", – o vurğulayıb.
Levan Kalandadze adlı mütəxəssis İrandan təbii qazın nəql edilməsinin texniki cəhətdən mümkün olmadığını bildirib.
Qeyd edək ki, İran Milli Qaz Şirkətinin ("National Iranian Gas Company") təmsilçisi Əlirza Kamali ölkəsinin təbii qazının Ermənistan ərazisindən keçməklə Gürcüstana nəqlinə dair Tehranla Tbilisi arasında danışıqların getdiyini bildirmişdi.
Məlumata görə, İran 300-500 milyon kub fut (1000 kubmetr – 28,3 kub futdur) həcmində təbii qaz ötürəcək.
Xatırladaq ki, yalnız 2006-cı ildə Gürcüstan İrandan 4,955 milyon kub metr təbii qaz idxal edib.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org