Guneyli soydasimiz ucun kampaniya basladi

18:14 – xeber – Güney Azərbaycandan olan milli-mədəni fəallar Qəzvində yaxalanan Suheyla Kargərin azadlığa buraxılması tələbi ilə Teleqram sosial şəbəkəsində imzatoplama kampaniyasına başlayıblar.
 
Axar.az Günaz TV-yə istinadən xəbər verir ki, artıq kampaniyaya minlərlə insan qoşulub.
 
Qeyd edək ki, S.Kargər Güney Azərbaycanın Qəzvin şəhərində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, özlərini elektrik sayğacını yoxlayan şəxs kimi təqdim edən ETTELAAT əməkdaşları evə daxil olduqdan sonra fəalı yaxalayıb və onu döyərək əllərinə qandal vurublar. Qanunsuz olaraq evə girən ETTELAAT əməkdaşları axtarış aparıb və azərbaycanlı fəala aid bir çox şəxsi əşya, o cümlədən kompüter, mobil telefon, fləş kart, CD və bir neçə kitabı özləri ilə aparıblar. Mayın 15-də yaxalanan fəal Evin zindanına salınıb.
 
Kompüter mühəndisi olan S.Kargər son seçkilərdə İran parlamentinə Qəzvindən öz namzədliyini irəli sürmüşdü. Namzədliyi qanunsuz olaraq qeydə alınmayan fəal bundan qısa müddət sonra naməlum səbəbdən tutuqlanıb.
 
İmzatoplama kampaniyası bu link vasitəsilə aparılır.
 
telegram.me

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org