Guneyli liderin Yevlaxda muemmali olumu… – Foto


[r32]
– xeber –
Bu gün Azərbaycan Milli Hökumətinin yaradılmasından 72 il ötür.
Kult.az xatırladır ki, Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan 21 Azər hərəkatı 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökumətinin qurulması ilə nəticələndi. Məhz sözügedən hərəkata görə Azərbaycan Milli Hökuməti tarixi-siyasi ədəbiyyatda “21 Azər hərəkatı” adı ilə də tanınır. Paytaxtı Təbriz olan AMH cəmi bir il mövcud olmasına baxmayaraq, tarixdə ilk dəfə Cənubi Azərbaycanda müasir milli dövlətçilik cəhdidir.
İkinci Dünya müharibəsinin başlanması, Böyük Britaniya ilə yanaşı, Sovetlər Birliyi hərbi hissələrinin İran ərazisinə daxil olması Rza şahın başçılıq etdiyi istibdad rejiminin süqutu ilə nəticələndi. Bir tərəfdən xarici müdaxilə, digər tərəfdən mövcud rejimin yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasına səbəb oldu. Güney Azərbaycanda isə bu, milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökumətinin yaranmasına təkan oldu.
Milli Hökumət xalqın böyük dəstəyilə dövlətin bir sıra mühüm işlərini həyata keçirməyə başladı. Təbriz Dövlət Universitetinin və çoxlu sayda orta məktəblərin açılması, Milli Teatrın və Milli Filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi işlərlə AMH-nin bir ildə iyirmi illik İran hökuməti dövründən qat-qat artıq irəliləyiş əldə etmişdi. 1950-ci ildə Güney Azərbaycana səfər edən amerikalı hüquqşünas Uliyam Duqlas özünün və yerli camaatın xatırladığı Milli Hökumətin və onun baş naziri Seyid Cəfər Pişəvərinin xidmətlərini siyahıya almışdı. U.Duqlas Azərbaycan Milli Hökumətində torpaq islahatının həyata keçirilməsini, iri bankların milliləşdirilməsini, məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunların qəbul edilməsini, şəhər və kəndlərdə səyyar xəstəxanalar və sağlamlıq klinikalarının təşkil edilməsini və ən əsası Güney Azərbaycan Milli Ordusunun yaradılmasını mühüm islahatlar kimi qiymətləndirmişdi.
1946-cı il yanvarın 6-da “Dil haqqında Milli Hökumətin Qərarı”nda Azərbaycanda rəsmi dilin türk dili olması elan edildi. 1945-1946-cı illərdə Azərbaycanın güneyində müxtəlif mətbuat orqanları, o cümlədən “Vətən yolunda”, “Azərbaycan”, “Fəryad”, “Azad millət”, “Qələbə”, “Yeni Şərq”, “Maarif”, “Demokrat”, “Fəlahət” (Təbriz), “Cövdət” (Ərdəbil), “Urmiyyə” kimi qəzet, jurnal və məcmuələr nəşr olundu.
Lakin sosial-iqtisadi islahatların surətli şəkildə həyata keçirildiyi bir dövrdə Milli Hökumət İran fars rejiminin əlilə elə 1 ilinin tamam olduğu gün – dekabrın 12-də süquta uğradıldı.
Azərbaycanın işğalının ardından minlərlə Azərbaycan türkü qətl edildi və sürgünə göndərildi. Milli Hökumətin qurucuları, Seyid Cəfər Pişəvəri başda olmaqla, böyük işgəncələrə məruz qalıblar. Pişəvəri 1947-ci il iyulun 11-də Yevlax şəhəri yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak oldu. Hökumətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam edildi.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org