"Gunay İbrahimlinin arxivi yoxdur"

4 Mart 2016 14:54 – xeber –
"Məni işin prosesi yox, nəticəsi maraqlandırır"
Olkem.az primetime.az-a istinadən xəbər verir ki, tanınmış müğənni Günay İbrahimlinin arxivi, demək olar ki, yox səviyyəsindədir. Açıqlama verən prodüser Zamiq İbrahimov bunun günahını müğənni ilə keçmişdə çalışan komandanın üzvlərində görür:
"Avqust ayından başlayaraq Günay İbrahimli ilə birgə çalışıram. Günay artıq ulduzdur, brenddir. Onunla işləməyə nə var ki, deyə düşünənlər yetəri qədərdir. Müğənninin işi sadəcə oxumaqdır. Qadın müğənni ilə işləmək daha çox məsuliyyətlidir. Çünki onun hər bir addımını, çıxışını, xarici görünüşünü nəzarətdə saxlamaq lazımdır. Məni narahat edən əsas məsələ Günayın hər hansısa bir mahnısını axtaranda onu tapa bilməməyimdir. Bunun bir səbəbi var, Günayın, demək olar ki, arxivi yığılmayıb. Mən "Planet parni iz Baku" teatrında işləmişəm. Rəhbərimiz Tahir İmanovun yaxşı bir sözü var idi. Məni işin prosesi yox, nəticəsi maraqlandırır. İndi Günayın da nəticə etibarıyla arxivi yoxdur. Günaydan soruşanda ki, arxivin hanı, o, bilmədiyini söyləyir. Bu əslində, Günayın işi deyil. Onun bütün mahnıları, "minus"ları, fotosessiyaları, bir sözlə – yaradıcılığına aid olan hər bir detal yığılıb arxiv şəklində saxlanılmalı idi. O arxivin yoxluğuna görə mən hazırda zülm çəkirəm. Bunu Günay İbrahimlinin yaradıcılığına edilən "genosid" sayıram".
Məlumat üçün bildirək ki, prodüser Zamiq İbrahimov əmək fəaliyyətinə kinostudiyada çalışmaqla başlayıb. Çox gənc yaşlarında aktyor, ssenarist, TV-prodüser kimi fəaliyyət göstərib. Günay İbrahimli Zamiqdən əvvəl prodüser Təranə Səmədova, Sevinc Hüseynova və Toma Hüseynəliyeva ilə birgə çalışıb. Mövzu ilə bağlı adları çəkilən prodüserlər danışmaq istəsələr, onların da fikirlərini yayımlamağa hazırıq.

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org